Üzən valyuta rejiminə keçdikdən sonra, təbii ki, dollarla kredit götürənlərin ödənişlərində kəskin problemlərin olacağı gözlənilir. Çünki dollarla götürdükləri kreditləri manat ifadəsində dəyəri artıb. Söhbət ondan gedir ki, onların dollarla olan krediti, dolların məzənnəsi 1 dollar 0 78 qəpik olduğu zaman götürmüşdülər.
Hətta bir dollar 1,05 qəpik olduğu zaman kredit götürənlərin də bir qayda olaraq, manat ifadəsində kreidtlərin həcmi 50% artacaq. Onların kreditlərinin həcmi manatla ifadədə 2 dəfə artacaq. Bu o deməkdir ki, artıq kreditlərin ödənilməsində problemlər olacaq. Söhbət əvvəlki dövrün kredit götürənlərin xərcinin 2 dəfə artmasından, sonradan kredit götürənlərin xərcinin isə 50% artmasından gedir. Bu isə kifayət qədər böyük xərcdir.
Bu sözləri Oxu.Az-a iqtisadçı-ekspert Vüqar Bayramov üzən məzənnə rejiminə keçdikdən sonra dollarla krediti olanların taleyindən danışarkən bildirib.
Ekspert ölkədə dollarla krediti olanlar üçün güzəştlərin tətbiqinə ehtiyac olduğuna, eləcə də Rusiyadakı oxşar təcrübənin tətbiqinin müsbət tərəflərindən danışıb:
“Rusiyada oxşar hadisələr baş verən zaman dollarla kreidti olanlar üçün 5 il müddətinə güzəştlər tətbiq edilmişdi. Azərbaycanda da bu təcrübənin tətbiqinə ehtiyac duyulur. Əks halda isə banklar kreditləri geri qaytarmaqda çətinlik çəkəcəklər. Ona görə də dollarla olan kreditlərin ödənilməsi üçün hökmən konkret güzəştlər tətbiq edilməlidir”, - deyə iqtisaçdı deyib.
Ekspert onu da əlavə edib ki, dollarla kreditlərin bahalaşması problemli kreditlərin həcminin də artımına səbəb olacaq.
V.Bayramov onu da bildirib ki, ötən devalvasiya zamanı dollarla krediti olanlar üçün demək olar ki, heç bir güzəşt edilmədi:
“Əslində ötən devalvasiya zamanı da bu problem heç cür həll edilmədi. Konstusiya Məhkəməsi yeni ödəniş sistemi ilə bağlı qərar qəbul etdi. Banklar faiz dərəcələrini aşağı salmadı, sadəcə bəzi banklar faizləri çox cüzi aşağı saldı”.
Bayramov deyib ki, bazarda qiymətlər 30-35% bahalaşacaq, bu səbəbdən də əmək haqqları da buna adekvat artmalıdır:
“Təbii ki adekvat olmalıdır. Çünki idxal olunan məhsulların qiyməti 30-35% bahalaşacaq, bu isə o deməkdir ki əmək haqqları da buna uyğunlaşdırılmalıdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?