GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Banklar 20 il Konstitusiyaya zidd kredit veriblər?!”

“Banklar 20 il Konstitusiyaya zidd kredit veriblər?!”

Tarix: 8-05-2015, 00:59 Bölmə :İqtisadiyyat Baxış: 0
“Banklar 20 il Konstitusiyaya zidd kredit veriblər?!”

Maliyyə sektorunun və dollarda kredit borcu olan insanların gözü-qulağı Konstitusiya Məhkəməsindədir.

gundemxeber.az-ın məlumatına görə, bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib, iddiaçıların, maraqlı tərəflərin və hakimlərin fikirləri dinlənilib.

Plenumda Konstitusiya Məhkəməsinin hakimlərinin iddiaçılara və çıxış edənlərə verdiyi bir sual diqqəti çəkib.

Hakimlər çıxış edənlərə bir neçə dəfə, “Sizin fikirinizcə kreditin verilməsi və ya öhdəliyin yaranması “ödəniş vasitəsidir”, yoxsa yox” sualını ünvanlayıblar.

İddiaçılar, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatının sektor müdiri Mahir Məmmədov və Göyçay Rayon Məhkəməsinin hakimi Elxan Babayev, “Bunlar tamamilə üst-üstə düşən anlayışlardır” deyə bildiriblər. Çünki müqavilə ilə, bank vəsaiti borcalana verməyi, borc alan da müəyyən edilmiş qrafik ilə geri ödəməyi öhdəsinə götürür.

Bakı Dövlət Universitetinin dosenti Azad Talıbov bildirib ki, burada mübahisəli olan məsələlərdən biri kreditlərin faizləri və hesablanan dəbbə puludur ki, bu vəsaitlər də yeni məzənnə ilə hesablana bilər. Onun fikirinə görə, götürülən kreditin əsas məbləği öhdəlik yaranan gün, yəni bank borc vəsaitini kreditalanın sub hesabına köçürdüyü gün mövcud olmuş məzənnə ilə geri qaytarmalıdır.

Göyçay Rayon Məhkəməsinin hakimi Elxan Babayev bildirib ki, Mülki Məcəllənin 439.1 maddəsinin birinci sətrində “Pul öhdəliyi manatla ifadə edilməlidir” yazıldığından, bankların bu günə qədər dollar ilə ifadə edilən kredit müqavilələrinin Konstitusiyaya zidd olduğu ortaya çıxır.

Bu fikirə cavab olaraq Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova belə cavab verib: “Öhdəliyin yaranması, kreditin verilməsi, borcun qaytarılması ödəmədirsə, belə çıxır ki, banklar 20 ildir Konstitusiyaya zidd kreditlər veriblər?! Çünki Konstitusiya xarici valyutanı ödəniş vasitəsi kimi qadağan edir. Bu, mənim subyektiv fikirimdir”.

Plenumda Bakı Apelyasiya Məhkəməsinin hakimi çıxış edərək, borc anlayışına diqqət çəkib. Onun sözlərinə görə, kreditin verilməsi borc vermək deməkdir. Borc verilən əşya isə puldur. Əgər borc dollarda verilibsə dollarla, manatda verilibsə manatla da geri qaytarılmalıdır.

Onun sözlərinə görə, Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələri alqı-satqı münasibətləri zamanı əsas götürülə bilər. Kreditin verilməsi və qaytarılması “ödəniş” anlamına gəlmir.

“Əgər kreditlərin köhnə məzənnə ilə ödənilməsini nəzərdə tutan bir qərar çıxarsa ölkədə vəziyyət pisləşə və banklar müflis ola bilər”,- o deyib.

Plenumda Mərkəzi Bankın direktoru Rəşad Orucov da çıxış edib.

Rəşad Orucov, “Konstitusiya Məhkəməsi dollarda olan kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər” deyib.

Rəşad Orucov qeyd edib ki, “kreditlərin verilməsi” “ödəniş vasitəsi” anlamına gəlmir. Pul da əşyalardan biridir. Kredit verilməsi, bankın pul mülkiyyətini borcalana istifadə etməyə verməsi deməkdir. Əşyanın valyutasının müəyyən edilməsi və ya seçilməsi tərəflərin öz hüququdur.

“Əgər kredit dollar əşyasında verilibsə dollarda, manat əşyasında verilibsə manatda geri qaytarılmalıdır”, o deyib.

Mərkəzi Bankın direktorunun sözlərinə görə, kreditlərin dollarda verilməsi Azərbaycan Respublikası Konstitusiyasına zidd deyil. Konstitusiyaya görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Ödəniş dedikdə alınan mal və xidmətlərin dəyərinin ödənilməsi başa düşülür. Kreditin verilmsi isə, pul əşyasından mülkiyyət hüququnun başqasına verilməsidir.

Hüquqşünaslar Konstitusiya Məhkəməsi Plenumunun qərarının bankların xeyrinə ola biləcəyini proqnozlaşdırırlar. Böyük ehtimalla, "kreditin verilməsi" və ya "öhdəliyin yaranması", "kreditin ödənilməsi", "pulun dövriyyəsi" anlayışlarının "ödəniş vasitəsi" anlayışları ilə eyni olmadığı izah ediləcək. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Lakin kreditin verilməsi və qaytarılması "ödəniş" sayılmayacağından, dollarda olan kreditlər dollarda alınmışdırsa, dollarda da geri qaytarılmalı olacaqdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • KONSTİTUSİYA MƏHKƏMƏSİ QƏRAR VERDİ - Milli Məclisin buraxılması...

    KONSTİTUSİYA MƏHKƏMƏSİ QƏRAR VERDİ - Milli ...

    4-12-2019, 14:26

  • 
  • DOLLARLA KREDİTLƏR NECƏ QAYTARILMALIDIR? – Ali Məhkəmədən ŞƏRH

    DOLLARLA KREDİTLƏR NECƏ QAYTARILMALIDIR? – Ali ...

    4-03-2015, 00:20

  • 
  • Konstitusiya Məhkəməsindən kredit borcu ilə bağlı - QƏRAR

    Konstitusiya Məhkəməsindən kredit borcu ilə bağlı ...

    6-07-2018, 10:51

  • 
  • Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı iclasının vaxtı açıqlandı

    Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı ...

    29-02-2020, 20:38

  • 
  • Konstitusiya Məhkəməsi inzibati xəta protokolunun müddətləri barədə qərar verəcək

    Konstitusiya Məhkəməsi inzibati xəta protokolunun ...

    8-02-2021, 16:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu