Konstitusiya Məhkəməsi inzibati xəta protokolunun müddətləri barədə qərar verəcək Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Gundemxeber.Az xəbər verir ki, toplantıda İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 24-nə təyin edilmiş iclasında baxılacaq.
Qeyd edək ki, İXM-nin 101-ci maddəsi inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətlərini müəyyən edir.
101.1-ci maddəyə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?