“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,91 dollar ucuzlaşaraq 62,42 dollar təşkil edib.
Bu barədə Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən bildirilib.
Dünya birjalarına gəlincə, neftin qiyməti ucuzlaşmaqda davam edib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,43 dollar ucuzlaşaraq 58,33 dollar olub.
Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,49 dollar azalaraq 62,01 dollar təşkil edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?