Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,39 dollar geriləyərək 58,96 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,31 dollar ucuzlaşaraq 53,28 dollar təşkil edib.
Azərbaycan nefti də ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,67 dollar ucuzlaşaraq 62,25 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?