Bakıda Azərbaycan Mərkəzi Bankı üçün yeni inzibati bina tikiləcək.
Bu barədə “Azadlıq” qəzeti yazıb. Qəzetin yazdığına görə, Mərkəzi Bankın yeni inzibati binasının hündürlüyü 141 metr olacaq: “Dövlət Neft Fondunun hündürlüyü 126 metr olan binasının 85 milyon manata başa gəldiyini nəzərə alsaq, o zaman Mərkəzi Bankın yeni binasına 100 milyon manatdan artıq vəsait xərclənəcəyi söyləmək olar”.
Xatırladaq ki, Mərkəzi Bank üçün yeni inzibati bina tikintisinə dair qərar Nazirlər Kabineti tərəfindən hələ 2011-ci ildə verilib. Bu məqsədlə Heydər Əliyev prospektində müvafiq torpaq sahəsi də ayrılıb. Lakin tikinti işləri tezliklə də dayandırılıb.
Onu da qeyd edək ki, Mərkəzi Bankın indiki ofisi 1998-ci ildə istismara verilib. Bank üçün yeni ofisin tikilməsi zərurəti bütün əməkdaşları orada yerləşdirməyin mümkün olmaması ilə izah olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?