Azərbaycan respublikası Mərkəzi Bankı (AMB) xarici valyutaların bu günə olan məzənnələrini açıqlayıb.
ANS PRESS-in məlumatına görə, ABŞ dollarının ötən günlə müqayisədə dəyəri düşüb, avro isə bahalaşıb.
Avqustun 21-nə olan rəsmi məzənnələr bülletenində ölkəmizdə dolların rəsmi məzənnəsi 0.0007 manat azalaraq 1,0479 manat olub.
Avropa İttifaqının valyutası avro isə 1,2 faiz bahalaşaraq 1,1814 manatdır.
Azərbaycan manatı ölkə əhalisinin hazırda daha çox səfər etdiyi Rusiya, Türkiyə və Gürcüstanda nəzərə çarpacaq dərəcədə yuxarıdır. Belə ki, bu günə olan məzənnəyə nisbətdə türk lirəsi 0, 357, gürcü larisi 0, 4488, rus rublu isə 0, 0154 manat dəyərindədir.
Avqustun 20-də isə rəsmi məzənnələr bülletenində dolların rəsmi məzənnəsi 1,0486 manat, avro isə 1,1676 manat dəyərində müəyyənləşmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?