Abonentlər sərf etdikləri qazın hər kubu üçün dolayısıyla 25-30 qəpik ödəmək məcburiyyətində qalır
Əyalətlərdən başlayan xalq üsyanlarının doğru səbəblərini bildikləri halda, onu müxalifətin üzərinə qoyub, partiya funksionerlərini və vicdanlı ictimai xadimləri, fəalları zindanlara atmaqla, hakimiyyət, cəmiyyəti susdurmağa nail olacağına ümid edirsə, qəti yanılır. Hesab edirik ki, xalq ayaqlanmasının sürətlə yetişdiyi növbəti rayon Yevlaxdır. Bunun “ilhamverici qüvvəsi” isə Azəri-Qaz İstehsalat Birliyi və onun Yevlaxdakı Qaz-İstismar Sahəsidir. Yevlaxda bir neçə ilə əvvəl bütün abonentlər sayğacla təmin edilmişdir. Texniki standartlara görə kənar müdaxilə olmadığı halda bütün sayğacların istifadə müddəti limitsizdir. Lakin bir müddətdir Yevlaxda istismarda olan sayğacların böyük bir hissəsi artıq SOCAR-a məxsus sayğaclarla əvəzlənmişdir. Və bu proses hazırda da davam edir. Problem ondadır ki, yeni sayğacların əvvəlkilərlə müqayisədə sərfiyyat göstəricisi ən yaxşı halda 2,5-3 dəfə artıq olur. Beləliklə Yevlaxda abonentlər sərf etdikləri qazın hər kubu üçün dolayısıyla 25-30 qəpik ödəmək məcburiyyətində qalırlar. Üstəlik o da nəzərə alınmalıdır ki, bu qış nisbətən mülayim keçdiyi üçün, əhali qazdan keçən illərlə müqayisədə daha az istifadə edir. Belə aydın olur ki, qışın sərt olacağı halda, abonentlər istehlak etdikləri qaz üçün kubuna 10 qəpik əvəzinə 30 qəpikdən də artıq pul ödəməlidirlər. Bu azmış kim, bütün bunlara etiraz edənlərin və bu pulu ödəyə bilməyənlərin qazı kəsilir. Etiraz edənlərə Yevlax QİS-nin rəisi Namiq Tarverdiyev bəzi hallarda, hətta, mübahisə məkanına polis çağırmaqla təzyiq edir. Hərbi-polis rejiminin mövcudluğuna bundan böyük sübut varmı.? Bir yandan evində xəstəsi, qocası, körpəsi olanın qış fəslində qazını kəsirlər, digər yandan idarə, müəssisə və küçələrə insan həyatının hər şeydən yüksək qiymətləndirildiyindən bəhs edən təbii qaz təhlükəsizliyi elanları yapışdırırlar. Əgər belə “kombinasiya” larla Yevlax QİS-nin rəisi Namiq Tarverdiyev abonentləri aldada bildiyini zənn edirsə, açıq-aydın yanılır. Çünki artıq bu millət hakimiyyətin çirkin gedişlərin, oyunbazlıqlarını başa düşür və haqqını tələb etməyi bacarır. Son vaxtlar Yevlaxda əhali arasında qaz sayğacına belə bir məzəli yanaşma da meydana çıxıb ki, evdə küçədə biri, o, birinə astadan məsləhət görür “bir az yavaş danış, yoxsa sayğac qoyacaq üstünə.” Onu da vurğulamağı vacib bilirik ki, bütün bunlardan sonra rayonda baş verə biləcək xalq ayaqlanmalarına görə, - fikrimizcə bu labüddür – Yevlax Qaz İstismar Sahəsi və onun rəisi Namiq Tarverdiyevdən başqa kimlərisə günahlandırmaq qərəzdir, şərdir, böhtandır və xalqı xof içində saxlamaq cəhdindən başqa bir şey deyildir. Diqqət etdinizsə, biz, bu müraciətimizi dövlətin adiyyatı orqanlarına ünvanlamadıq, sadəcə, KİV-lərə üz tutduq. Çünki, Yevlax QİS-nin rəisi abonentlərə kimə istəyirlərsə şikayət edə biləcəklərini və heç kimdən qorxmadığını bildirir. Belə başa düşülür ki, ya ölkədə prezident kürsüsündə oturan şəxs fəaliyyətdən kənardadır, ya da əhalinin şikayət ünvanlaya biləcəyi instansiyalar iflic vəziyyətindədir. Hər halda Yevlax QİS-nin rəisinin məntiqi bu sayaq anlaşılır. Şamil
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?