Ermənistanda polis binasını ələ keçirərək girovları tutan silahlı qrup yeni qərar qəbul edib.
gundemxeber.az publika.az-a istinadən bildirir ki, özlərini "məğlubedilməz döyüşçülər" adlandıran silahlılar həbsdə olan "Yeni Ermənistan" hərəkatının lideri Jiray Sefilyanın azad olunmasını və prezident Serj Sarkisyanın istefasını tələb edirdilər.
Artıq yeddi gündür davam edən qiyam hələ ki məqsədinə nail olmayıb.
Silahlı qrupun üzvü Varuhan Avetisyan bildirib ki, girovları buraxmaq qərarına gəliblər, lakin onların şərti var.
"Girovları buraxırıq, yalnız bir şərtlə ki, mətbuat mərkəzi yaradılacaq. Dünən aparılan danışıqlardan sonra yaxşı niyyətin göstəricisi kimi girovlardan iki gənc polis azad olunub. Bizim şərtimiz odur ki, hakimiyyət yaradılacaq mətbuat mərkəzinə jurnalistlərin sərbəst girişini təmin etsin. İki polisi buraxdıq, lakin general və polkovniki şərtimiz yerinə yetiriləndən sonra buraxacağıq", - deyə o bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?