ABŞ-ın “Global Financial İntegrity” tədqiqat mərkəzi yeni araşdırmasının nəticələrini açıqlayıb.
Virtualaz.org saytı xəbər verir ki, həmin araşdırmanın nəticələrinə görə, Azərbaycan kapitalın ölkə hüdudlarından kənara qanunsuz çıxarılması üzrə lider-ölkələr siyahısına daxildir. Azərbaycan 148 ölkə arasında 17-ci yeri tutur.
“Global Financial İntegrity” (GFİ) inkişaf etməkdə olan ölkələrdən qanunsuz maliyyə axınını araşdıran məşhur təşkilatdır. GFİ-nin hesablama metodikası ölkədən yalnız qeyri-leqal yolla çıxarılan kapitalı, yəni sənədlərdə əks olunmayan maliyyə əməliyyatlarını nəzərdə tutur. GFİ gömrük bəyannaməsində idxalın və ya ixracın faktiki dəyərinin azaldımasını, yaxud artırılmasını əsas kanal hesab edir. Qeyri-leqal kapital axınının 83,4 faizi məhz bu kanalın payına düşür.
GFİ 2004-2013-cü illər üzrə məlumatları dəyərləndirib.
Məlum olub ki, Azərbaycandan hər il qeyri-leqal yolla 9,5 milyard dollar çıxarılır! Bu, yalnız GFİ-nin məlumatıdır!
Bu özünəməxsus antireytinq siyahısına ənənəvi olaraq Çin və Rusiya başçılıq edirlər. Çindən 139,228 milyard, Rusiyadan isə 104,977 milyard dollar qeyri-qanuni yolla çıxarılıb.
Siyahıda "ilk 20-liyə" daxil olan ölkələr bunlardır:
Çin - 139,228
Rusiya - 104,977
Meksika - 52,844
Hindistan - 51,029
Malayziya - 41,854
Braziliya - 22,667
Cənubi Afrika - 20,922
Tailand - 19,177
İndoneziya - 18,071
Nigeriya - 17,804
Qazaxıstan - 16,740
Türkiyə - 15,450
Venesuela - 12,394
Ukrayna - 11,676
Kosta-Rika - 11,346
İraq - 10,501
Azərbaycan - 9,500
Vyetnam - 9,293
Filippin - 9,025
Polşa - 9,002 milyard dollar.
Sonra da təəccüblə soruşuruq ki, Azərbaycanın pulları hara gedir. Kimsə bəlkə də belə hesab edir ki, fahişəliyə görə vergiləri artırmaqla, dərsə getməyən uşaqların valideynlərini cərimələməklə, spirtli içkiləri nağd pula satmaqla büdcə problemini həll etmək olar. Ən yaxşısı isə bu olardı ki, hər il ölkədən çıxarılan milyardların hara getdiyini axtarıb tapasan.
Sorğu
Yeni dizaynımız necədir?