Azərbaycandan xaricə qeyri-leqal şəkildə 17 milyard dollar axıdılıb
10 il ərzində Azərbaycandan qeyri-leqal olaraq 17 milyard, Ermənistandan 6 milyard, Gürcüstandan isə 4,5 milyard dollar vəsait qanunsuz olaraq çıxarılıb.
2002-2011-ci illər ərzində Ermənistandan 6,2 milyard dollar vəsait qanunsuz olaraq ölkə hüdudlarından kənara çıxarılıb. “Bu haqda Amerika Tədqiqatlar Təşkilatının İnkişaf etməkdə olan ölkələrdən qeyri-qanuni maliyyə axını: 2002-2011” adlı hesabatında bildirilir. Bu məlumatların mənbəyi açıqlanmasa da, Ermənistanın adı həmin cədvəldə qarşısında 6,2 milyard $ rəqəmi yazılmış xanada qeyd olunub.
Regionun digər ölkələri barədə məlumatlar isə bu cür göstərilib: Azərbaycandan qeyri-leqal yolla çıxarılmış vəsaitin həcmi 17 milyard $ ötüb keçdiyi halda, Gürcüstanın göstəricisi 4,5 milyard $, Türkiyə - cəmi 987 milyon $ təşkil edir, İran haqqında isə heç bir məlumat yoxdur.
Amerika təşkilatının məlumatına inansaq, bu kədərli siyahının rekordsmeni Rusiyadır. Göstərilən müddət ərzində Rusiyadan qanunsuz olaraq 881 milyard $ vəsait çıxarılıb.
Bütövlükdə isə hesabat müəlliflərinin fikrincə, 2011-ci ildə dünya üzrə inkişaf etməkdə olan ölkələrdən çıxarılan vəsaitin həcmi 14% artaraq 946 milyard $ təşkil edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?