Manatın məzənnəsinin növbəti dəfə devalvasiyası və 2 manat müəyyən olunacağı ilə bağlı 26-27 dekabr 2015-ci il tarixlərində - ötən şənbə və bazar günündə ictimaiyyət arasında yayılmış şayiələrin əsası yoxdur.
Adim.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan verilən açıqlamada bildirilir.
Qeyd olunur ki, Mərkəzi Bank tərəfindən bəyan olunmuş "üzən məzənnə" rejiminə uyğun olaraq manatın məzənnəsi valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşdırılır.
Mərkəzi Bankın valyuta bazarında iştirakı "üzən məzənnə" rejiminə uyğun həyata keçirilir və hazırda valyuta bazarının tələbatı hərraclar vasitəsilə təmin olunur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?