Brent markalı xam neftin 1 barelinin qiyməti psixoloji sədd olan 31 dollardan aşağı düşüb. Bu, son 12 ilin "antirekord"udur. Milli.Az NBC-yə istinadən bildirir ki, neftin ucuzlaşmasının səbəbi bazarda təklifin tələbatdan artıq olması, habelə investorların Çindəki iqtisadi situasiya ilə bağlı narahatlığıdır. Londondakı İCE birjasında Brent markalı neftin fevral fyuçersləri 8 faiz ucuzlaşaraq 1 bareli 30,8 dollardan satılıb. İlin əvvəlindən bəri Brent markalı neft 12 faiz ucuzlaşıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?