Dünya bazarlarında neftin 1 barrelinin qiyməti bu gün 56 dollardan aşağı düşüb. İlin əvvəlindən bəri "qara qızıl"ın ucuzlaşması 2008-ci ildəki prosesləri xatırladır.
İlin son günündə Brent markalı neftin 1 barreli 55,81 dollardan satılıb. Bu isə 2009-cu ilin may ayından bəri ən aşağı səviyyədir.
WTI (Light Sweet Crude Oil) neftinin 1 barreli isə srağagünlə müqayisədə 1,19 dollar ucuzlaşaraq 52,93 dollara düşüb.
Xam neftin ucuzlaşmasının davam etməsinin səbəbi ABŞ-da şist nefti hasilatının yaratdığı təklif və tələbat strukturundakı zəifləmədir. Son vaxtlar Birləşmiş Ştatlarda şist laylarından neft və qaz hasilatı artıb.
Neftin ucuzlaşmasına təsir edən digər fundamental amil dekabrda Çində son 7 ayda ilk dəfə olaraq fabrik-zavod istehsalının həcminin aşağı düşməsidir. Çindəki istehsalat səviyyəsi neft kotirovkalarına təsir edən ən ciddi amillərdən biridir.
Çin neft və qaz istehlakına görə dünyada 2-ci yeri tutur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?