GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Analoqu olmayan ölkə”nin ərzaq fiaskosu

“Analoqu olmayan ölkə”nin ərzaq fiaskosu

Tarix: 15-03-2013, 10:54 Bölmə :İqtisadiyyat Baxış: 1 063
“Analoqu olmayan ölkə”nin ərzaq fiaskosu

Astara gömrüyündəki gərginliyin iqtisadi gizlinləri;
Azərbaycan vətəndaşı bayram süfrəsini İran bazarından yığır


Astara gömrüyünün önündə yenə basırıqdır. İrana gedənlərin sayı gün ərzində 1000-1200 nəfərə çatır. Bir çoxları bunu Novruz bayramı ilə əlaqələndirir. Digərləri isə İran realının aşağı düşməsi ilə izah edir. Astara gömrüyünün önünə baş çəkdik. Burada mağazalar İrandan gətirilən mallarla doludur. Ərzaq, sənaye malları, məişət avadanlıqları müştərilərini gözləyir. Satıcılar deyir ki, bayram sovqatlarına ehtiyac artıb. İrandan piyada yolla qayıdanlar satış üçün gətirdikləri malları yerindəcə mağazalara verirlər. Astara gömrüyünün giriş qapısının önündə isə İrana getmək istəyənlər toplaşıb.

Dəmir barmaqlıqlar arasında səfər...

İrana getmək istəyənləri növbə ilə hər iki tərəfi dəmir barmaqlıqlarla qaynaq edilmiş keçidə buraxırlar. Adamlar burdan da gömrüyün ərazisinə daxil olur. Növbədə yaşlı adamlar, cavanlar və uşaqlar da gözə dəyir. Əksəriyyəti qadınlardır. Onlardan İrana nə üçün getdiklərini soruşuruq:

«Bayram qabağıdır, gedirəm özüm üçün ərzaq almağa»

«Bayram qabağıdır, gedirəm özüm üçün ərzaq almağa. Burda bahadır, ona görə gedirəm ordan almağa. Elə şey yoxdur ki, orda ucuz olmasın. Burda iki dəfə bahadır. Bayram qabağıdır, bazara girmək olmur, hər şey od qiymətinədir».
Növbəyə durmuş, bizi diqqətlə dinləyən başqa birisi söhbətə qoşulur: «Bahaçılıqdan əlavə, bir nəfər qoca arvad evdə pensiya alır. Hamısı işsizdir. Bu pensiya ilə bütün ailə dolana bilər?. İş yeri yoxdur. Tutalım işi olmayan daş qaldırsın, xəstələnəndə gərək acından ölsün? Orda fərq ondadır ki, evə heç olmasa bir kilo nə isə ala bilərəm ki, uşaqlar acından ölməsin. Sənin evinə getsəm desəm mənə 5 manat ver, sən deyərsən ki, sənə nə üçün pul verim?. Qardaş da elə, bacı da elə, qalırsan avara. Camaat nə üçün düşüb çöllərə?. Saat 7-dən qalmışıq burda açılsın, gedək evimizə 1 kilo qənd, nə bilim başqa şey alaq. Hələ bayram süfrəsinə imkanımız yoxdur. Hələlik yaşamaq üçün, evimiz üçün ərzaq almaq istəyirik».

«Azərbaycanın bütün yerlərindən gəlirlər»

Məlum olur ki, növbəyə duranlar təkcə yerli sakinlər deyil. Onların bəziləri İrana müalicə məqsədi ilə, digərləri isə yaxın adamlarına baş çəkmək üçün gedirlər: «Hər yerdən gəlirlər. Azərbaycanın bütün yerlərindən gəlirlər. Gürcüstandan, başqa yerdən, hər yerdən».
Növbəyə nəzarət edən gözətçi deyir ki, İrana gedənlərin sayı gündən-günə artır. Buna baxmayaraq günorta saatlarına qədər giriş qapısının önü boşalır. Günortadan sonra İrana növbəsiz keçmək olur. Günün ikinci yarısında isə İrana gedən yerli sakinlərin əksəriyyəti geri qayıdır. Bu baxımdan da keçid məntəqəsinin önü gün ərzində dolur-boşalır. Onun dediyinə görə, Novruz bayramına qədər bu hal davam edəcək.

İran Azərbaycan vətəndaşlarına düyü, un, şəkər satışını qadağan edib...

Gedənlərin demələrinə görə, İran tərəfi zəruri ərzaq məsullarının sərhəddən çıxarılmasına qadağa qoyub. İran Astarasında düyü, un, şəkər satışı ilə məşğul olan mağazalar bağlanıb. Buna səbəb Azərbaycandan gələnlərə adı çəkilən ərzaqların satılmamsı olub. İran realının dollar və manata nisbətən ucuzlaşması davam edir. Ötən həftə İran Astarasının qara bazarında 1 ABŞ dolları 42-45 min İran realına satılıb.
Sərhədyanı ticarətlə məşğul olan Fayıq Cəfərzadə deyir ki, bayram ərəfəsində bu təbiidir. Onun bildirdiyinə görə, elə məhsullar var ki, Azərbaycanda istehsal olunmur. Lakin İranda var. O, hesab edir ki, İran realının da ucuzlaşması Azərbaycan vətəndaşlarına az pulla çoxlu mal almağa imkan verir.

«İranda ərzaq malları qat-qat ucuzdur»

«İranda ərzaq malları bizimkindən qat-qat ucuzdur. Vətəndaşlar ora öz evinin təminatını ödəmək üçün gedirlər. Ucuz mal almaq üçün». İş adamının sözlərinə görə, Azərbaycanda qiymətlərin yüksək olmasının başlıca səbəbi idxal məhsullarına monopoliyanın olmasıdır. Dediyinə görə, İrandan gətirilən məsullara görə rüsum haqqından əlavə, heç yerdə qeyd olunmayan pul alınır. Bu pul alınmasa qiymətlər arasında fərq qısa müddətdə aradan qalxar. Ancaq Azərbaycan gömrüyündə rüsumdan əlavə rüşvət hallarının mövcudluğu ilə bağlı deyilənləri təkzib edirlər.

«Azərbaycanda olduğu qədər İranda monopoliya yoxdur»

İqtisadçı Vidadi Mirzəyev də monopoliyadan danışır: «Azərbaycanda olduğu qədər İranda monopoliya yoxdur. İranda toyuğun kilosu 1 manatla 2 manat arasındadır. Bizdə isə ən aşağısı 3 manatadır. Toyuq almaq üçün İrana gedirlər. Portağalın qiyməti bizdə 1 manat 20 qəpik, 2 manat arasındadır. İranda isə 80 qəpikdir. Başqa məhsulların qiymətlərində də fərq var».
Astara rayon icra hakimiyyəti başçısının müavini Xanverdi Şirinov isə qiymətlərin aşağı düşməsi üçün yarmarkaların təşkil olunacağını bildirir. Dediyinə görə, yarmarkada olan məsullar 30 faiz ucuz satılacaq.

Müstəcəb Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Astara gömrüyünə kartofa əlavə «haqq»

    Astara gömrüyünə kartofa əlavə «haqq» ...

    23-12-2013, 03:56

  • 
  • İrandan qayıdan soydaşlarımızın qorxunc röyası: Astara Gömrüyü

    İrandan qayıdan soydaşlarımızın qorxunc röyası: ...

    4-12-2014, 10:49

  • 
  • Azərbayacandan İrana qaz nəqli dayandılırdı

    Azərbayacandan İrana qaz nəqli dayandılırdı ...

    2-07-2013, 15:28

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • İrana müalicəyə gedən azərbaycanlılara pis xəbər

    İrana müalicəyə gedən azərbaycanlılara pis xəbər ...

    13-10-2014, 16:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu