GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İrandan qayıdan soydaşlarımızın qorxunc röyası: Astara Gömrüyü

İrandan qayıdan soydaşlarımızın qorxunc röyası: Astara Gömrüyü

Tarix: 4-12-2014, 10:49 Bölmə :Ölkə Baxış: 0
İrandan qayıdan soydaşlarımızın qorxunc röyası: Astara Gömrüyü

İrandan alış-verişdən qayıdanların malı əllərindən alınır

İrana gedən Azərbaycan vətəndaşlarının əksəriyyəti günün ikinci yarısında geri qayıtmağa çalışırlar. Buna görə də axşamüstü Astara gömrüyünün önündə adamlar çox olur. Geri qayıdanlar özləri ilə az da olsa ərzaq və digər mallar gətirməyə çalışırlar. Gömrüyün giriş qapısında “hambal” deyə çağırılan insanlar növbəyə durur. Adamları mənzil başına çatdırmaq üçün gözləyən taksi sürücüləri də fəallıqlarına görə “hamballar”dan heç də geri qalmırlar. Müştəri üstündə sürücülər arasında qarşıdurma da yaşanır. Bir taksi sürücüsü deyir ki, onların müştəriləri əsasən İran vətəndaşlarıdır. İran vətəndaşları isə Azərbaycan tərəfə az keçirlər. Taksi sürmək deyilənə görə, əvvəlki illərə nisbətən çətin olub. Bir o qədər də qazanc gətirmir.

İrandan piyada qayıdanlar isə gömrükdən şikayət edirlər. Onlar deyir ki, Astara gömrüyündə incidilirlər. İrandan alıb gətirdikləri nə varsa əllərindən alırlar və heç bir sənəd də vermirlər. Astara rayonun Ərçivan kənd sakini Etibar Fərzullayev də belə şikayətçilərdən biridir: “İki dənə toyuq, bir kiloqram kişmiş, iki dənə balaca günəbaxan yağı, yarım kilo yağ və döymə ət almışdım. Aldıqlarımı tökdülər yerə. Mən onları başa saldım, mənim malıma əl vurmayın. Mən üç aydır getməmişəm. Dedim protokol yazın. Yazmadılar.”

Etibar Fərzullayev deyir ki, icra aparatında və rayon prokurorluğunda olub. Ona deyiblər ki, gömrük onların səlahiyyətinə aid deyil. Məcbur olub müxtəlif qurumlara teleqramlar vurub: “Plakat çəkmişəm evdə. Toyuqlar birtərəfdə, yumurta bir tərəfdə, kişmiş bir tərəfdə. Plakatı asaram, çıxaram meydana. Hamısından aldı tökdü ora. Toyuqdur, kişmişdir, günəbaxan yağıdır. Nə üçün axı. Monopolist əyləşib Bakıda, deyir monopolistəm. O kimdir axı?”

Etibar Fərzullayevin sözlərinə görə, İrandan aldıqları mallar Azərbaycanda bahadır. Bu baxımdan da sərhədyanı ərazilərdə yaşayanlar bazarlığa İrana gedirlər: “Mən İran gömrüyündən çıxmışam, gəlmişəm Azərbaycan gömrüyünə. Astara gömrüyü bunu tutmamalıdır, buraxmalıdır. Gömrükdən gəlmişəm gərək buraxsın. Niyə görə qadağandır? Xəstəlik var, nə var? Yoxdur axı. Biz gedirk, gəlirik də. Hansı fırıldaq edirlər bilmirəm? Camaat yazsın prezidentlə, qərarlaşsın. Nə məsuldur bilək də . Nə üçün burda dinc yaşamayaq? Bir dənə günəbaxan yağı orada bir manatdır. Burda iki manatdır. Gücüm çatmır alam onu. 24 ildir işləyə bilmirəm. ”

Astara şəhər sakini Zabir Ağayev də gömrükdə ailəsinin başına gələnlərdən danışır. O deyir ki, istilik sisteminin cihazları Azərbaycanda bahadır. İranda isə 50 manatdır. Astara gömrüyü onun istifadə üçün gətirdiyi bir ədəd cihazı saxlayıb: “Mənim yoldaşım uşaqla gələrkən, istilik sistemi üçün cihaz gətirəndə əlindən alıblar. Əlavə söyülüb, təhqir olunmuşdular. Dəfələrlə gömrükdə olan neqativ hallar barəsində məlumatlar vermişəm. Demişdilər İrandan gətirilən qızdırıcını burda quraşdırmaq qadağandır və standartlara uyğun gəlmir. Mən özüm qaz sistemində çalışıram, çox yaxşı bilirəm ki, hansı istilik sistemini harada quraşdırmaq olar. Amma İrandan gələn sertifikatı olmayan sobalar rayon mağazalarda satılır. Qızdırıcıya isə icazə vermədilər.”

Gömrüyün önündə rast gəldiyimiz bir çox sakinlər də özbaşınalıqdan dəhşətə gəldiklərini deyirdilər: “Azərbaycanda xurma ilə kişmiş istehsal olunur? Yox. Gedirik İrana kişmiş alırıq. Yas düşüb, cümə axşamları var, üç qutu xurma almışıq, üç kiloqram kişmiş, saxlayıb atıb anbara. Nə pulunu verir, nə də sənəd. Deyir ki, olmaz . Bir dənə toyuq almışam, deyir olmaz, əlimizdən alandan sonra malı verirlər dükana, pulunu alırlar. Hamısından alır.”

Digər bir sakin də deyir ki, bundansa İranın qapısını bağlasalar yaxşıdır: “Gömrükdən heç bir şey buraxmırlar. Plasmas qablar buraxırlar, camaatı zəhərləndirmək üçün. Bizdə indi qışdır, soyuqdur, qaz sobası lazımdır, buraxmırlar. Ancaq dükanlarda isə 200-300 manata satırlar. Bizim camaatı incidirlər. Camaat kasıblığa görə İrana gedir. İran elə bir ölkədir ki, oraya gəzməyə gedəsən? Bir tikə çörək dalınca gedirlər.”

Astara Gömrük İdarəsindən isə bu deyilənlərə münasibət bildirmək istəmədilər. Məsləhət gördülər ki, gömrük komitəsinə müraciət edək.

Gömrük komitəsinin qaynar xəttindən isə bizə bildirdilər ki, hər bir vətəndaş bir kiloqramdan artıq yük gətirə bilməz. Ancaq bununla bağlı əlavə bilgi vermədilər. Qaynar xətdən deyildiyinə görə, əgər yük artıqdırsa gəldiyi ölkəyə qaytara bilərlər.

Hüquqşünas Elman Hüseynov isə bildirir ki, bu deyilənlər qanunvericiliyə ziddir: “Əvvəllər Azərbaycan hökumətinin 105 nömrəli qərarı var idi. Hər bir vətəndaş İrandan gələndə ailəsi və məişət məsələləri üçün min dolar həcmində mal alıb gətirə bilərdi. Ancaq bu alver məqsədi daşımamalıydı. 2013-cü il oktyabrın 12-də 305 nömrəli qərar çıxdı. Hər bir vətəndaş hər şeydən iki dənə ala bilər, min beş yüz dollar dəyərində. Onunla azyaşlı uşaq gedirsə beş yüz manat da onun hesabına ola bilər. O qərarda belə bir şey var ki, bizim vətəndaş o tərəfə gedəndə on kiloqramdan artıq ərzaq ala bilməz. Bunlar isə hər gələni tuturlar, yoxlayırlar.”

İqtisadçı Vidadi Mirzəyev isə deyir ki, Astara gömrüyündə mövcud olan bu qaydalar Azərbaycanlıların xeyrinə deyil. İqtisadçının sözlərinə görə, gömrük sistemini monopoliya və ya qadağanlarla qaydaya salmaq olmaz. Bu məsələlər elmi yanaşma istəyir: “Sadə vətəndaşların İrandan gətirmək istədikləri məhsullar Azərbaycan ərazisində qanunla qadağan edilməyib. Məsələn banan da , xurma da və digər məsullar də Azərbaycan ərazisində satılır. Sadəcə həmin məhsullar monopoliyanın nəzarətində olduğu üçün, hətta kiçik həcimdə belə qonşu ölkədən gətirilməsinə icazə verilmir.”

“Azadlıq Radiosu”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Astara gömrüyünə kartofa əlavə «haqq»

    Astara gömrüyünə kartofa əlavə «haqq» ...

    23-12-2013, 03:56

  • 
  • “Analoqu olmayan ölkə”nin ərzaq fiaskosu

    “Analoqu olmayan ölkə”nin ərzaq fiaskosu ...

    15-03-2013, 10:54

  • 
  • Koronavirusa məhəl qoymadan azərbaycanlılar İrana axışır

    Koronavirusa məhəl qoymadan azərbaycanlılar İrana ...

    21-02-2020, 16:54

  • 
  • İran da Azərbaycanın gününə düşdü

    İran da Azərbaycanın gününə düşdü ...

    11-06-2017, 21:44

  • 
  • Astara gömrüyündə korrupsiya

    Astara gömrüyündə korrupsiya ...

    23-12-2012, 10:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu