Filial rəhbərinin qanunsuz əməlləri ucbatından həbs həyatı yaşadığını iddia edən şəxs ölkə başçısına müraciət ünvanladı Ötən gün redaksiyaya hazırda həbsdə olan Sumqayıt şəhər, 41-ci məhəllə, ev 4, mənzil 49-da pasport qeydiyyatında olan Əliyev Şamil Sonqulu oğlu tərəfindən şikayət məktubu daxil olub. Samqayıt sakini məktubunda qeyd edir ki, mən 2011-ci ildə həbs olunaraq, 5 il azadlıqdan məhrum edilmişəm. Həbsimin səbəbi isə Azərbaycanda vergidən yayınmaqla - "obnaliçka" ilə məşğul olan mütəşəkkil dəstənin toruna düşməyim olub. Belə ki, məni bu dəstənin toruna Əmrah və Cəbrayıl adlı şəxslər olub. Bu şəxslər də həmin dəstənin fəal üzvlərindəndir. İşin mahiyyətini anlamayan Əliyev Şamil ona dəstə üzvlərinin şirkət açdığını və məni ora müdir təyin edəcəklərini bildirir. Şikayətçi qeyd edir ki, mən həmin dəstə üzvlərinə ali savadımın olmadığını, savadsız olduğumu bildirmişdim. Amma onlar isə mənə bu vəzifəyə savad lazım deyil demişdilər. Hətta mənə demişdilər ki, sənin işin ancaq müəyyən sənədlərə imza atmaqdan ibarət olacaq və qalan işlərlə sənin işin olmuyacaq. Sonradan öyrəndimki bu mütəşəkkil dəstəyə Şahoğlan adlı şəxs rəhbərlik edir. Amma hər kəs ona Şahin deyirdi. Əliyev Şamil ərizəsində xüsusilə vurğulayır ki, mütəşəkkil dəstənin aparıcı füqurlarından biri də Kapital Bank ASC-nin "Rabitə" filialının müdiri Sabir müəllim idi. İri maliyyə əməliyyatlarını məhz Sabir müəllimin apardığını dilə gətirən Əliyev Şamil bildirir ki, həmin mütəşəkkil dəstə üzvləri qeyd edirdi ki, bizim arxamızda Vergilər Naziri Fazil Məmmədov durur. Sabir müəllim isə birbaşa "Kapital Bank"ın rəhbərliyi tərəfindən himayə olunduğunu dəfələrlə dilə gətirirdi. Sabir müəllim hər görüşümüzdə məni əmin edirdi ki, bu işdə heç bir qanunsuzluq yoxdur. Hər dəfə bankdan pul çıxarılanda mənə 10-20 manat civarında pul verirdilər. Mən isə adətən 500 min, bəzən bundan da artıq məbləğlərə imza atırdım. 2011-ci ildə həbs olunarkən məlum oldu ki, mənim 1 milyondan artıq vergi borcum var. İstintaq zamanı müstəntiqə dedim ki, axı mən 10-20 manatdan artıq pul almamışam bunun vergi borcu necə 1 milyon manatdan çox ola bilər? Mənə istintaq zamanı məlum oldu ki, aldadılmışam və adıma böyük şirkət açılaraq, maxinasiyalar olunub və məsuliyyət mənim ayağıma yazılıb. İstintaq zamanı mənim başıma bu oyunları açan şəxslərin adlarını açıqladım və bildirdim ki, Əmrah, Cəbrayıl, Şahoğlan və Kapital Bank ASC-nin "Rabitə" filialının müdiri Sabir müəllim məni bu oyuna salıblar. Lakin nədənsə onlar barəsində heç bir qanuni tədbir görülmədi. Bu zaman mən əmin oldum ki, həqiqətən də həmin mütəşəkkil dəstə üzvlərini yüksək səviyyədə himayə edənlər var. Əliyev Şamil redaksiyasiya ünvanladığı məktubda daha sonra qeyd edir ki, bu mütəşəkkil dəstə üzvləri qardaşıma hədə-qorxu gələrək, mənim ağzımı yummağımı və bütün bildiklərimi heç kəsə danışmamağımı bildirmişlər. Hətta qardaşıma tövsiyyə etmişlər ki, bir daha hər hansısa bir quruma müraciət etsə bu barədə onunda vəziyyəti heç də ürək açan olmuyacaq. Dəstə üzvləri qardaşıma bildirmişlər ki, onsuzda bizim arxamızda nazir Fazil Məmmədov dayanır və heç bir nəticə əldə edə bilməyəcəksən. Şikayətçi Əliyev Şamil Sonqulu oğlu məktubunda qeyd edir ki, cənab Prezident, 1 milyon manat vergi borcu olan şəxs milyonlara sahib olmalı, maliyyə əməliyyatları aparmalıdı. Amma mənim heç çörək almağa pulum olmayan vaxtlarım olub. Vergilər Nazirliyi məni sahibkar kimi qələmə verib. Amma buyurub araşdırsınlar, yaşadığım evə baxış keçirsinlər. O zaman görəcəklər ki, bu adam 10 manat tapıb evin işıqlarını düzəltdirə bilmir. Mənim isə həbsimə səbəb olan Şahoğlan və Sabir müəllim villada yaşayırlar. Bu adamlar azadlıqda gəzərək mənim kimi neçə-neçə şəxsləri bədbəxt edirlər. Cənab Prezident, ümid edirəm ki, bu müraciətimi diqqətə alaraq insanların bədbəxtliyi üzərində xoşbəxt olan mütəşəkkil dəstə üzvlərinin cəzalandırılmasına xüsusi göstəriş verəcəksiniz. "Obnaliçka əməliyyatları" araşdırılarsa o zaman ortaya dəhşətli faktlar çıxar. P.S. Müraciətdə adı kəçən Kapital Bank ASC-nin "Rabitə" filialının rəhbəri Sabir müəllimlə əlaqə saxladıq. Bank rəhbəri Xalqxeber.Az-a açıqlama verərək, mənim o insana heç bir aidiyyatım yoxdur, həmin cinayətlərdə heç bir əlim yoxdur. Bəli mən həmin bank filialının rəhbəriyəm və onları müştəri kimi tanıyıram. Qeyd edim ki, mən bir insan kimi Əliyev Şamil Sonqulu oğluna yardım göndərmişəm. Çünki qardaşı yanıma gəlib, Şamilin tutulduğunu bildirib, mən də ona görə köməklik etmişəm. Başqa əlavəm yoxdur.
Sorğu
Yeni dizaynımız necədir?