GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Texnikabank”ın minlərlə müştərisi əmanətlərini ala bilmir

“Texnikabank”ın minlərlə müştərisi əmanətlərini ala bilmir

Tarix: 26-02-2016, 12:11 Bölmə :İqtisadiyyat Baxış: 0
“Texnikabank”ın minlərlə müştərisi əmanətlərini ala bilmir

Lisenziyası ləğv edilmiş “Texnikabank” ASC-nin əmanətçisi Məlahət Quliyeva özünün və digər əmanətçilərin başına gətirilən oyunlarla bağlı müraciət edib. M. Quliyeva bildirib ki, “Texnikabank”ın ləğvi ilə bağlı qərardan sonra 20 000 əmanətçi küçələrdə qalıb:

“Texnikabank-ın əsas ofisində əmanət qoymuşduq. Qərara görə, həmin əmanətləri “Muğanbank”ın baş ofisindən almalıydıq. Bankın əsas ofisinə əmanətlərini qoymuş 8000 əmanətçi 10 gün öncədən gecələr növbə tutaraq gündə 50 nəfər olmaqla birtəhər əməliyyatçıların qəbuluna düşdükdən sonra məlum olur ki, sənədlərdə “səhv” var. Bu səhv bütün əmanətçilərdə var və bunlar bizdən asılı olmayan səhvlərdir”.

Əmanətçi səhv adlandırılan 4 məsələdən də danışıb.


“Əmanət səhvi B33, yəni əmanətin hesablanmasında qeyri-dəqiqlik. Bu demək olar ki, bütün əmanətçilərdə var. Bizim nə günahımız var ki, sistem düz hesablamır?

Şəxsiyyət vəsiqəsinin pin kodunun düz gəlməməsi. Bunun əmanətçiyə heç bir aidiyyəti yoxdur. Texnikabank-ın işçilərinin texniki səhvidir. Ya 1 hərf, ya 1 rəqəm səhvdir. Axı bunu düzəltmək o qədər çətin işdir?

Müqavilənin seriya nömrəsinin olmaması. Bu əmanətçi ilə “Texnikabank” arasında başlanmış müqavilədə seriya nömrəsinin olmamasıdır. Bizi məcbur edirlər ki, “Texnikabank”a gedib köhnə tarixlə müqavilə bağlayaq. Axı kiminlə bağlayaq? Bank artıq ləğv olunub. Onun müqavilə bağlamaq səlahiyyəti yoxdur.

Son olaraq da şəxsi hesabdan çıxarış tələb olunur.

Ən başlıcası isə bizim adımız, müqavilə tarixi, əmanət məbləği və bütün digər tələb olunan məlumatlar Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Muğanbank”a verilmiş bazadan əməliyyatçılar tərəfindən tam aydın görünür. Bu informasiyanı təsdiq edən möhürlü, müxtəlif kağız parçaları tələb edirlər. Bank isə bağlanıb, nə sənəd yazan var, nə də möhür vuran. Millət küçələrdə qalıb. Dəli kimi bilmirlər ki, hansı ünvana qaçsınlar. Heç kim də yiyə durmur.

ADİF-in saytında yalandan yazırlar ki, guya, indiyə kimi 5-10 milyon manat əmanət qaytarılıb. Bunlar hamısı yalandır”.

Onun sözlərinə görə, bu səhvləri düzəltməyin məsuliyyəti yenə də əmanətçilərin üzərinə düşür: “Buna görə də əmanətçilər “Texikabank”ın əsas ofisi, ADİF və “Muğanbank” arasında qalıblar. “Muğanbank”ın işçilərinə deyirik ki, bu səhvlərdə bizim nə günahımız var? Öz aranızda həll edin ki, camaat bu qədər zülm çəkməsin. İşçilər isə çox soyuq halda deyirlər ki, bizdən belə tələb olunur.

Bizdə artıq heç bir şübhə yoxdur ki, məqsəd camaatı həlli olmayan labirintə salıb əmanətləri ödəməməkdir. Əgər elan etdikləri qayda ilə getsə, bütün əmanətçilərin səhvlərinin aradan qaldırılaraq əmanəti almaqları üçün 128 həftə, yəni 2 il yarım lazımdır. ADİF-in qərarına görə isə, əmanətlər 1 il ərzində verilməlidir. Deməli, bütün əmanətçilərin yarısından çoxu əmanətlərini ala bilməyəcəklər”.

“Muğanbank” ASC-nin Marketinq şöbəsinin müdiri Rəşad Əliyev sözügedən ittihamlarla bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, əmanətçilərin sənədləri ilə bağlı hər hansı problem varsa, onlar “Texnikabank” baş ofisinə yaxınlaşaraq ləğvedici komissiyaya müraciət etməlidirlər: “Həmin komissiya sənədlərdə olan müəyyən səhvləri düzəldir və onlara möhür vurur. Bank hər gün 200-300-ə yaxın əmanətçinin pullarını qaytarır. Burada heç bir problem yoxdur”.

(qafqazinfo)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Paşayevlər “Texnikabank”ı ələ keçirib

    Paşayevlər “Texnikabank”ı ələ keçirib ...

    15-12-2012, 14:08

  • 
  • “30 min manatdan yuxarı bütün əmanətlərə blok qoyulub” - GİLEY

    “30 min manatdan yuxarı bütün əmanətlərə blok ...

    2-07-2020, 15:56

  • 
  • “Texnikabank” ətrafında yeni oyunlar başlayır

    “Texnikabank” ətrafında yeni oyunlar başlayır ...

    10-01-2013, 11:36

  • 
  • Ölkədə maliyyə sabotajı yaradanlar kimlərdir? - MƏRKƏZİ BANK VƏ FOND RƏHBƏRLİYİNİN MƏQSƏDİ NƏDİR?

    Ölkədə maliyyə sabotajı yaradanlar kimlərdir? - ...

    9-07-2020, 13:12

  • 
  • Bağlanan bankın rəhbəri: "Heç zaman inanmazdım ki, belə bir qərar verilsin"

    Bağlanan bankın rəhbəri: "Heç zaman ...

    8-02-2016, 14:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu