«AtaHolding»dən sonra «Synergy Group» da səhmlərini ləğv edərək, açıq səhmdar cəmiyyətindən məhdud məsuliyyətli cəmiyyətə çevrildi.
Sözügedən qrup bu məlumatı martın 2-də açıqlayıb və MMC-yə çevrildiyini bildirib. Hər birinin nominal dəyəri 2 manat olan 25 milyon ədəd səhmin də dövriyyədən çıxarılmağa başlandığı diqqətə yetirilir. Səhmdarlar bu barədə qərarı hələ fevralın 1-də açıqlamışdılar.
Səhmdar cəmiyyəti kimi 2010-cu ilin yanvarın 25-də yaradılan «Synergy Group» bu illər boyunca sürətlə böyüyüb. Qrupun tərkibinə, azı, 20 rəsmi şirkət daxildir. Əsasən, regionlarda fəaliyyət göstərən bu şirkətlərin bir çoxu istehsal təyinatlıdır. Ötən ildən bəri qrupun öz bankı da var.
Qrupa daxil «SyberNet», «Bestpack», «B.N.M», «Renaissance Construction Azerbaijan» şirkətləri çox sayda dövlət sifarişini icra edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?