GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Gənclər Fondundan şok maliyyələşmə + 81400 AZN

Gənclər Fondundan şok maliyyələşmə + 81400 AZN

Tarix: 9-04-2013, 11:36 Bölmə :İqtisadiyyat Baxış: 996
Gənclər Fondundan şok maliyyələşmə + 81400 AZN

Bir təşkilatın 9 layihəsi qalib elan olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclər təşkilatları üçün elan etdiyi müsabiqənin nəticələrini ötən həftənin sonunda açıqladı. “Qafqazinfo” xəbər verir ki, müsabiqənin nəticələri ilə bağlı fondun açıqlamasında bildirilirdi ki, qeyri-hökumət təşkilatları və yaradıcı gənclərdən cəmi 387 layihə təklifi daxil olub, onlardan 132-si gənclər təşkilatı olmadığına görə müsabiqədən kənarlaşdırılıb. A kateqoriyası üzrə 147, B kateqoriyası üzrə 34, C kateqoriyası üzrə 74 layihə (cəmi 255 layihə) Müşahidə Şurasının müzakirəsinə təqdim olunub. Onlardan da A kateqoriyası üzrə 117, B kateqoriyası üzrə 18, C kateqoriyası üzrə 35 layihənin (cəmi 170 layihə) maliyyələşdirilməsi barədə qərar qəbul edib.
Fondun qalib hesab etdiyi 170 layihənin siyahısı açıqlananda isə maraqlı müzakirələr başlayıb. Siyahıdan bəlli olur ki, Gənclər Fondu bir təşkilata və eyni şəxsin adına 9 layihə verib. Bu isə facebook sosial şəbəkəsində ciddi müzakirələrə səbəb olub. Belə ki A kateqoriyası üzrə 9 layihə alan şəxs Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri İsmayılov Şahin Əmir oğludur. Bu təşkilat “Gənc təfəkkür və siyasət ", “Tələbə Gənclər Təşkilatları (TGT) sədrlərinin II Liderlik Məktəbi, “Musiqimizdə gənc nəfəs”, “Ekologikal” ekologiya sahəsində I İntellektual Yarış, “Tələbələrarası ingilis dili Olimpiadası”, Regionlarda İKT-yə olan marağın yüksəldilməsi, “Qərb regionu gəncləri arasında intellektual yarış”, “I’m a young businessman” Economic School, “Səyyar hüquqşünas” layihələri üzrə qalib elan olunub. Həmin layihələrin icrasına birlikdə 81400 manat qrant ayrılıb.
Maraqlı məqamlardan biri isə odur ki, prezidenti İlham Əliyev 04 mart 2013-cü ildə imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasına yeni üzvlər təyin edib. Onlardan biri də məhz yazıda adıçəkilən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri İsmayılov Şahin Əmir oğludur.
Qeyd edək ki, Azərbaycanda donor təşkilatların qaydalarına əsasən elan olunmuş qrant müsabiqələrində hər müsabiqə zamanı hər bir təşkilat yalnız bir layihə təqdim edə bilər. Gənclər Fondunun saytında yerləşdirilən təlimatda da qayda təxminən buna bənzərdir: “AZGF-na bir təşkilat ya da individual şəxs qrant elanı zamanı müxtəlif kateqoriyalara eyni zamanda müraciət edə bilər. Lakin gənclər təşkilatının və yaxud individual şəxsin layihəsi növbəti qrant elanı zamanı yekunlaşmayıbsa, layihə davam edirsə və həmçinin gənclər təşkilatı və individual şəxs layihənin nəqli və maliyyə hesabatını təqdim etməyibsə, o zaman növbəti qrant müsabiqəsində iştirak edə bilməz”. İzah edək ki, Gənclər Fondu bir neçə (A, B, C, D, E) kateqoriya üzrə qrant layihəsi maliyyələşdirir. Hər hansı təşkilat bu kateqoriyaların hər biri üzrə yalnız bir layihə təqdim edə bilər. Amma adıçəkilən təşkilat yalnız bir – A kateqoriyası üzrə 9 layihə təqdim edib ki, onun 9-u da qalib gəlib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov məsələ ilə bağlı mövqeyini “Qafqazinfo” ya açıqlayıb. Şahin İsmayılov bildirib ki, burada qeyri-adi heç nə yoxdur: “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı 87 tələbə gənclər təşkilatını özündə birləşdirir Bu o deməkdir ki, bizim 87 layihə ilə çıxış etmək imkanımız var. Çünki həmin təşkilatlar hüquqi status daşımadığına görə onlar bizim vasitəmizlə Gənclər Fonduna layihə təqdim edirlər. Bu onların İttifaqın hüquqi statusu adı altında Gənclər Fonduna müraciətidir. Həmin cədvəldə də ayrı- ayrı universitetlerin adı qeyd olunub”.

Günel
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu qəzetlərə pul ayrıldı - SİYAHI

    Bu qəzetlərə pul ayrıldı - SİYAHI ...

    30-12-2015, 17:11

  • 
  • Jurnalistlərə şad xəbər

    Jurnalistlərə şad xəbər ...

    21-07-2014, 21:48

  • 
  • Elmin İnkişafı Fondu müsabiqələrin nəticələri üzrə təqdimat keçirib

    Elmin İnkişafı Fondu müsabiqələrin nəticələri ...

    21-10-2015, 18:55

  • 
  • Bakıda gecə klubundan qızla çıxan sərxoş oğlanın əməlləri (VİDEO)

    Bakıda gecə klubundan qızla çıxan sərxoş oğlanın ...

    13-12-2014, 22:53

  • 
  • "məmə" sözünə görə qadağan edilən kitab

    "məmə" sözünə görə qadağan edilən kitab ...

    26-12-2013, 01:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu