Sərxoş vəziyyətdə avtomobili idarə etmək, sürət həddini aşmaq o dünyaya "təkərli tabut"da getmək deməkdir.
Azərbaycanda yol qəzalarının qarşısının alınmasında təbliğatın gücləndirilməsi olduqca önəmlidir. Bu proses bütün dünyada gedir və müəyyən nəticələr də əldə olunub. Artıq ölkəmizdə ictimai təşkilatlar da yol hərəkəti təhlükəsizliyinə dair müəyyən addımlar atmağa başlayıblar. Bunlardan biri də "Yol terroruna son" layihəsidir. İsmayıl İsmayılın rəhbərlik etdiyi layihə Prezident yanında Gənclər Fondunun elan etdiyi müsabiqədə qalib gəlib.
Layihə çərçivəsində üç vidoçarx hazırlanıb. Onlardan biri də sərxoş vəziyyətdə avtomobil idarə edənlərə və sürət həddini aşanlara həsr olunub. Videoçarxda diskotekada əylənən sürücünün sərxoş vəziyyətdə sükan arxasına əyləşməsi, yolda isə sürəti aşaraq başqa bir maşınla yarışa çıxması və bunun nəticəsində də yol qəzasının baş verməsi əksini tapıb. Bütün bunlar müəyyən mənada reallığı da əks etdirir. Çünki bu gün gənclər arasında sərxoş halda avtomobil idarə edənlər, sürət həddini aşanlar çoxluq təşkil edir. Gənclər Fondunun bu cür layihələrə dəstək verməsi təqdirəlayiqdir.
Avtosfer.az layihə çərçivəsində çəkilmiş videoçarxlardan birini təqdim edir. Digərlərini də təqdim edəcəyik.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?