Əhməd Vəliyevin “Muğanbank”ı ilə “Odlar yurdu” arasinda rabitə
Artıq ölkədə orta və iri ranqlı məmurlar aldıqları yüksək əmək haqqı ilə kifayətlənmək istəmirlər və daha çox gəlir əldə etmək məqsədilə qeyri-qanuni ölkə vətəndaşlarının “qanı” bahasına qazanılan pullarını mənimsəməkdən çəkinmirlər. Bizə daxil olan məlumatlara görə, Qazaxdan seçilən deputat Əhməd Vəliyevə məxsus olan “Muğan Bank” vətəndaşları soymaqla yanaşı bir sıra maxinasiyalara milyonlarla gəlir əldə edir. Redaksiyamıza verilən məlumatlarda bildirilir ki, Əhməd Vəliyevin “Muğan Bank”ı elə deputatın “Odlar Yurdu” Universiteti ilə əməlli başlı biznes qurublar. Adətən sözü gedən universitetin tələbələrinə təhsil haqqından tutmuş digər ödəniş haqlarına qədər yalnız “Muğan Bank”da ödətdirilir. Məhz “Odlar Yurdu” Universitetinin bank hesabları “Muğan Bank”da olduğundan ödənişlər sözü gedən banka yönləndirilir. Maraqlısı odur ki, illik təhsil haqqlarının hesabatı bankda ört-basdır edilərək külli miqdarda vəsait əldə edilir. Qəzetimizə digər istiqamətlərdə daxil olan məlumatlarda qeyd edilir ki, Əhməd Vəliyevin bankında milyonlar “yuyulur”. Bu bankın əsas işi Vergilər Nazirliyinin qeyri-şəffaf əməliyyatlarının icrasında yer almaqdır. Xüsusilə iri vergiödəyicilərinin vergidən yayınması prosesində iştirak edən “Muğan Bank” ölkənin vergi sistemindəki bütün qara əməliyyatların ört-basdır edilməsində və bu sahədəki çirkli pulların yuyulmasında əsas instansiyadır. Xəbər portalımıza daxil olan digər məlumatlara görə, vergi maxinasiyaları əvvələr bankın mərkəzi filialında aparılsa da bu cür maxinasiyalar artıq xırda filiallara keçirilib. Bu isə sadəcə “gözdən pərdə asmaq” xarakteri daşıyır. Çünki yarana biləcək problemlərdə xırda filial müdürlərini “qurban” vermək daha hasan olacaq. Məsələ üçün Atatürk prospektində yerləşən “Muğan Bank”ın filialında analoji maxinasiyalar həyata keçirilir. Məlumatlarda qeyd edilir ki, Atatürk prospektində yerləşən bankın fililı istiqraz və kredit əməliyyatlarından yararlanır. Vətandaşlara 100 mantdan 10000 min manata qədər uduş vəd edilən istiqrazlar sözü gedən filial tərəfindən geri qəbul edilmir. Səbəb isə “Muğan Bank”ın istiqrazlarını geri qaytarmaq istəyən vətəndaşdan rüşvət istənilməsidir. Kredit məsələsinə gəlincə “Muğan Bank”ın Atatürk prospektinin filialı 24 ayadək vətəndaşlara qızıl əşyalarının qirov qoymaq şərti ilə kreditlər təklif edir. Qızıl-zinyət əşyalarına ilkin baxış zamanı bank filialının eksperti tərəfindən həddət artıq ucuz qiymətləndirilir. Sonradan vətəndaşa süni əngəllər yaradılaraq faiz borcunun çox olduğunu bildirən bankın rəhbərliyi qızılları mənimsəyir. Son halda burda yalnız uduzan tərəf yenə də vətəndaşlar olur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?