GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Nazirlə qudası arasinda pul davası

Nazirlə qudası arasinda pul davası

Tarix: 17-04-2013, 10:53 Bölmə :İqtisadiyyat Baxış: 2 472
Nazirlə qudası arasinda pul davası

Generalı 20 milyon üçün «vurur»lar; Ziya Məmmədovla
Heydər Əsədovun DYP-yə hücumunun pərdəarxası


Azərbaycan Respublikası Hesablama Palatasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin fəaliyyətində bir sıra nöqsanlar aşkar etməsi və bunu ictimaiyyətə açıqlamaqla bərabər, rəsmi hesabata daxil edilməsinin kökündə hakimiyyətdaxili mövqe qarşıdurması dayanır. Bu sözləri adının çəkilməsini istəməyən Dövlət Yol Polisinin əməkdaşlarından biri deyib. Müsahibimizin sözlərinə görə, Palatanın sədri Heydər Əsədov bu məsələdə təkcə özünün deyil, həm də qudası olan nəqliyyat naziri Ziya Məmmədovun (adıçəkilənlər bir neçə il əvvəl qohum olublar. Ziya Məmmədovun oğlu Heydər Əsədovun qızı ilə ailə həyatı qurub-savash.info) maraqlarını qorumaq istəyib. Ona görə də Dövlət Yol Polisi haqda açıqlanan məlumatın kökündə bir qərəzin olduğunu söyləmək çətin deyil. Çünki hesabatda qeyd olunan və guya mənimsəmələrin aradan qaldırılması üçün yer alan məqamlar səmimi niyyətdən doğmayıb. Bunlar sırf mühasibatlıq xətaları olub. Və aradan da qaldırılıb.
Amma Palata Milli Məclisin tribunasından bunu qərəzli və qabarıq fonda yaymaqla, əsl niyyətlərinin səlahiyyətləri çərçivəsində gördükləri işə deyil, gizli maraqlara söykənmələrini göstərmiş oldular. Palatanın, daha dəqiqi, Heydər Əsədovun buradakı marağı ondan ibarətdir ki, Dövlət Yol Polisinin sərəncamında olan bir sıra sahələrin alınıb, qudasının rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinə verilməsi təmin edilsin. Ona görə də təxminən 6 aya yaxındır ki, elə təəssürat yaradırlar ki, guya Yol Polisi İdarəsi yalnız və yalnız mənimsəmələr və ya digər qanunsuz işlərlə məşğuldur. Və yaxud vəzifə öhdəliklərinin üzərindən gələ bilmir və sair. Ancaq bu, belə deyil. Ziya Məmmədovun DİN Yol Polisinin sərəncamında olan bir neçə sahəni, o cümlədən texniki baxışı sahəsini ələ keçirmək cəhdləri fayda verməyəcək. Çünki ölkə rəhbərliyi də belə vasitələrlə hansısa mövqeyə sahiblənmək istəyənlərə imkan verməz. Tam əksinə, daxildə xoşagəlməz hallara şərait yaradanlar daha da ağır şəkildə cəzalandırıla bilər.».
Müsahibimiz deyir ki, Ziya Məmmədovun və ya onun qudası Heydər Əsədovun məqsədi nə Yol Polisində, nə də texniki baxış xidmətində neqativ halları aradan qaldırmaq deyil: «Bəli, etiraf etmək lazımdır ki, texniki baxış xidmətində bəzi problemlər var. Əgər təkcə Bakıda 1,5 milyona yaxın maşın olduğunu nəzərə alsaq və bunun bir ay müddətində texniki baxışdan keçirilməsi nəzərdə tutulursa, o zaman bəzi problemlərin olması qaçılmazdır. Ancaq qudaları bu deyil, bu sahədəki maliyyə maraqlandırır. Əksi olsaydı, o zaman baxın Ziya Məmmədovun tabeliyindəki müəssisə və təşkilatların durumuna. Hər biri haqda cəmiyyətdə çox mənfi rəy var. Korrupsiya, rüşvət, anarxiya, üstəlik, vətəndaşları döymək, təhqir etmək və sairlərin hamısı Nəqliyyat Nazirliyi sistemində acınacaqlı vəziyyətdədir.
Ziya Məmmədov hələ bir müddət əvvəl bəzi QHT-ləri də bu oyuna qataraq, qaranlıq maraqlarını təmin etməyə çalışır. O, təkcə texniki baxış xidməti prosesi zamanı təkcə yol vergisi üzrə alınan, daha doğrusu, il ərzində toplanan 20 milyona yaxın vəsaiti və digər rüsumları nəzərə alaraq, elə bilir ki, burada il ərzində daha çox 20 milyonlarla manat vəsaiti mənimsəyə biləcəklər. Bəli, ortadakı dava pul davasıdır. Ancaq onlar unudur ki, həmin vəsaitlər DYP-nin hesabına deyil, banklar vasitəsiylə dövlət xəzinəsinə ödənilir».
Məlumatlı şəxs bu və ya digər məsələlərlə bağlı çox ilginc fikirlər də səsləndirib. Amma qarşı tərəflə danışa bilmədiyimizdən yazmadıq. Xatırladaq ki, Hesablama Palatası aprelin əvvəlində Milli Məclisdə hesabat verib. Həmin hesabatda Yol Polisi haqda yer tutan məlumatı qısa ixtisarla təqdim edirik: «2012-ci ildə Hesablama Palatası Vergilər Nazirliyi ilə birgə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dövlət rüsumlarının, cərimələrin, digər icbari ödənişlərin, habelə xüsusi vəsaitlər üzrə daxilolmaların qanunvericiliyə uyğun hesablanılması və ödənilməsinin auditini aparıb.
Audit nəticəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən onun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının tələblərinə riayət olunması ilə yanaşı, bir sıra nöqsan və çatışmazlıqlar da aşkar edilib. Belə ki, auditlə əhatə olunan dövrdə dövlət rüsumlarının uçotu düzgün təşkil edilməyərək 834606,0 manat məbləğində dövlət rüsumu hesabatlarda əks etdirilməyib, 01 yanvar 2012-ci il tarixə dövlət rüsumları üzrə Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi vərəqəsində hesabatlarda əks etdirilməyən 696486,51 manat artıq ödəmə nəzərə alınmaqla 138119,49 manat məbləğində dövlət rüsumu xüsusi vəsait kimi uçota alınaraq dövlət büdcəsinə ödənilməyib.
Eyni zamanda, bəyannamə təqdim edilmədiyi halda sair vergilər, hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş yol vergiləri daxilolma kimi Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi vərəqəsinə işlənilmiş və nəticədə 01 yanvar 2012-ci il tarixə 675021,61 manat, inzibati cərimələr üzrə isə 172050,0 manat artıq ödəmə yaranmış, qanunvericiliklə vətəndaşlar tərəfindən törədilmiş inzibati xətalara görə nəzərdə tutulmuş cərimələrin ödənilməsi tam təmin edilməmişdir. Qeydiyyatda olan avtonəqliyyat vasitələrinin texniki baxışdan keçməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsinin daha da gücləndirilməsinə ehtiyac olduğu müəyyən edilib.
Audit nəticəsində, həmçinin dövlət rüsumlarının uçotunun aparılmasında şəffaflığın daha da artırılmasının təmin edilməsi məqsədilə büdcə gəlirlərinin təsnifatı üzrə kodların təkmilləşdirilməsi, dövlət büdcəsinə əsassız artıq ödəmə məbləğlərinin yaranmasının qarşısının alınması məqsədilə fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri üzrə yol vergisinin hesablanması, bəyan edilməsi və uçotunun aparılmasının qanunvericilik aktları ilə tam şəkildə tənzimlənməsi zərurətinin olduğu aşkarlanıb.
Auditin nəticələri Hesablama Palatasının Kollegiya iclasında müzakirə edilərək müvafiq qərar qəbul edilib və həmin qərara əsasən, auditin nəticələri üzrə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə təqdimat, Vergilər Nazirliyinə isə müvafiq məlumat göndərilib. Nəzarət tədbirinin nəticələri barədə Milli Məclisə də məlumat təqdim edilib.
Hesablama Palatasının məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin cavab məktublarında audit nəticəsində aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair bir sıra tədbirlərin yerinə yetirildiyi göstərilib.
Belə ki, Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş məktuba əsasən büdcəyə ödənilməmiş 138119,49 manat məbləğində vəsaitin (dövlət rüsumunun) dövlət büdcəsinə ödənilməsi təmin olunub, yol hərəkətində qayda pozuntuları üzrə törədilmiş inzibati xətalara görə qanunvericiliklə nəzərdə tutulmuş cərimələrin tam ödənilməsi istiqamətində zəruri tədbirlər görülərək Baş Dövlət Yol Polisi İdarəsi öz növbəsində Mərkəzi Bank tərəfindən imzalanmış Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi ilə əməliyyatların aparılmasına dair Kollektiv Sazişə qoşulub. Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətində hazırlanmış xüsusi kompüter proqramı vasitəsilə İdarənin ərazi və nizami hissələrinin hər bir əməkdaşı tərəfindən yol hərəkəti qayda pozuntuları ilə bağlı inzibati xəta haqqında tərtib edilmiş protokolların sayı və onların icrasından daxil olan vəsaitlər barədə məlumatların operativ şəkildə əldə olunması təmin edilib.
Vergilər Nazirliyinin cavab məktubunda isə auditin nəticələrinə uyğun olaraq hesabatlarda əks etdirilməmiş 834606,0 manat məbləğində dövlət rüsumunun Baş Dövlət Yol Polisi İdarəsinə hesablanması və dövlət büdcəsinə ödənilməsinin (o cümlədən, 696486,51 manat məbləğinin şəxsi vərəqədə olan artıq ödəmənin əvəzləşdirilməsi hesabına) təmin edilməsi göstərilib».

Orxan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

    Bakıda bu marşrutların hərəkət istiqaməti ...

    23-07-2016, 21:20

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Hesablama Palatasının hesabatında korrupsiya riskləri

    Hesablama Palatasının hesabatında korrupsiya ...

    8-04-2013, 10:09

  • 
  • İqtidardakı qudaların sayı artır

    İqtidardakı qudaların sayı artır ...

    25-10-2013, 10:51

  • 
  • İndi də Ziya Məmmədovun avtobusları “avtoşluq” edir

    İndi də Ziya Məmmədovun avtobusları “avtoşluq” ...

    10-04-2014, 10:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu