GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Hökumət vətəndaşını girovluqda saxlayır

Hökumət vətəndaşını girovluqda saxlayır

Tarix: 18-04-2013, 10:32 Bölmə :İqtisadiyyat Baxış: 807
Hökumət vətəndaşını girovluqda saxlayır

Əli Kərimlidən şok fakt:
“Ölkədə 1 milyon 355 min vətədaşin kredit borcu var.
Başqa sözlə ailələrin yarıdan çoxu yaşamır, sadəcə kredit ödəyir"


AXCP sədri Əli Kərimli ölkədəki kredit problemindən yazıb. Həmin yazını təqdim ediriuk: “Təəssüf ki, hələ də milyonlarla vətəndaşımız hökumətin necəliyinin, kimlərdən təşkil olunmasının şəxsən ona dəxili olmadığını düşünür. Hesab edir ki, o, istənilən hökumət zamanında belə yaşamaqda davam edəcək. Korrupsioner hakimiyyətin şəxsən ona və ailəsinə hansı problemlər yaratdığını tam təsəvvür etmir. Düşünür ki, hakimiyyətin necəliyi, kimlərdən təşkil olunması yalnız siyasətlə məşğul olanları maraqlandırmalıdır. İmkan olduqca oğru hakimiyyətin sadə vətəndaşa yaratdığı problemlərdən bəhs edəcəyəm.
Beləliklə, ölkədə 1 milyon 355 mindən artıq vətəndaşın kredit borcu var. Başqa sözlə ailələrin yarıdan çoxu yaşamır, sadəcə kredit ödəyir. Bu ayın problemini həll edə bilən dərhal o biri ayın dərdini çəkməyə başlayır.Yeri gəlmişkən, bir çox ekspertlər hesab edir ki, ölkədə siyasi aktivliyin yüksək olmamağının bir səbəbi də əksəriyyətin borc içində yaşamasıdır.
Əlbəttə, bazar iqtisadiyyatının mövcud olduğu bütün ölkələrdə kredit geniş yayılıb və bu özü-özlüyündə pis də deyil. Amma Azərbaycandakı kreditlər kredit yox, əsil bəladır. Çox yüksək faizlə verilir, üstəlik əksər hallarda kredit vermək üçün rüşvət də alınır. Avtomobil satışı üçün kreditləri istisna etsək, müxtəlif banklarda illik kredit faizi 22-36% arasında dəyişir. İstehlak kreditləri isə illik 30-42%-lə verilir. Bu artıq kredit yox, bataqlıqdır. Bu bataqlığa düşənlər isə bir qayda olaraq, borcu borcla ödəyərək ordan heç vaxt çıxa bilmirlər.
Qalır onu izah etmək ki, ölkədə belə yüksək faizli kreditlər üçün heç bir obyektiv iqtisadi səbəb yoxdur. Məhz hakimiyyətin acgözlüyü, daha çox qazanmaq ehtirası belə yüksək faizlərə səbəb olub. Əvvəlcə onu təsəvvür etməyə çalışaq ki, ailə hakimiyyəti dövründə ölkədən oğurlanaraq çıxarılan 48 milyard dollar pul ölkədə qalsaydı, Azərbaycandakı iqtisadi vəziyyət, maaşlar, əhalinin maddi durumu necə fərqli olardı. Təsəvvür etdinizmi?
İndi onu təsəvvür etməyə çalışaq ki, Azərbaycan hökuməti xarici banklarda, fondlarda illik 1-2%-lə saxladığı 33 milyard dollardan artıq vəsaitin heç olmasa bir hissəsini illik 4-8%-lə vətəndaşlarına kredit verir. Həyatınızın necə dəyişəcəyini təsəvvür etdinizmi?
Amma acgözlük bununla da bitmir axı. Hətta bu mühüm resurslar olmadan da ölkədə ucuz kredit bazarı formalaşa bilərdi, əgər bu sahədə də inhisarçılıq olmasaydı. 1990-cı illərin sonlarında ölkədə xeyli xarici bank fəaliyyət göstərirdi. Amma sonradan bank sektoru da ailənin və oliqarxların inhisarına keçdiyindən həmin xarici banklar ölkənin kredit bazarından sıxışdırılıb çıxarıldı. Kredit faizləri də süni şəkildə artırıldı ki, inhisarçı acgözlər daha çox qazansınlar. Əgər ölkədə bank sektorunda inhisarçılıq olmasaydı, indi çoxsaylı xarici banklar Avropadakı kredit faizlərinə yaxın faizlərlə bizim vətəndaşa da kredit verərdilər, həm də "şapkasız".
Bu yazını yazan zaman vaxtilə Azərbaycanda fəaliyyət göstərmiş, sonradan inhisarçılıqla bacarmayıb ölkəmizi tərk etmiş dünyanın nəhəng banklarından olan, İngiltərədə qeydiyyatdan keçmiş HSBC bankındakı kredit faizləri ilə maraqlandım. Standart kredit faizi illik 5.7% idi.
İndi təsəvvür edin ki, sizin mübarizə ilə quracağınız hökumət indiki hökumət kimi 48 milyardınızı oğurlayıb xaricə aparmayacaq, Neft Fondu vəsaitlərinin bir hissəsini sizlərə aşağı faizlə kredit verəcək, bankçılıq sahəsində inhisarçılığı ləğv edəcək, dünyanın ən böyük bankları çalışacaqlar ki, siz onların aşağı faizlə təklif etdiyi krediti alasınız. Belə bir hökumət qurmaq uğrunda mübarizə aparmağa dəyməzmi? Bəlkə kreditin növbəti ayını necə ödəmək dərdini bir anlıq kənara qoyub, problemlərimizin köklü həlli haqda düşünək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mərkəzi Bank kredit borcu olanlarla bağlı açıqlama yaydı

    Mərkəzi Bank kredit borcu olanlarla bağlı ...

    29-06-2015, 11:12

  • 
  • Milli Şura kredit borcu olanları mitinqə çağırır – (Müraciət)

    Milli Şura kredit borcu olanları mitinqə çağırır ...

    13-08-2013, 12:04

  • 
  • İşləməyən, dollarla kredit borcu olanlar hansı güzəştlər istəyir?

    İşləməyən, dollarla kredit borcu olanlar hansı ...

    21-01-2016, 20:50

  • 
  • Azərbaycanda “Qiyamət Kredit”i başladı

    Azərbaycanda “Qiyamət Kredit”i başladı ...

    13-12-2012, 13:24

  • 
  • Əhalinin banklara 750 milyon manat borcu var

    Əhalinin banklara 750 milyon manat borcu var ...

    13-12-2013, 15:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu