Məlum olduğu kimi, Milli Şuranın dünən keçirilən sessiyasından sonra avqustun 18-də mitinq keçirilməsi ilə bağlı qərar verilib. Bu qərardan sonra sosial şəbəkələrdə mitinqə çağırışla bağlı statuslar artıb.
Milli Şuranın və digər siyasi partiyaların üzvləri və tərəfdarları avqustun 18-də keçiriləcək mitinqə dəstək olmaları üçün artıq xalqa müraciətlər etməyə başlayıblar.
Milli Şuranın facebook hesabı yeni qrup da yaradıb. “Milli Şuranın "Azad gələcək naminə!" mitinqi” adlı həmin qrupda mitinqin keçiriləcəyi yer dəqiq göstərilir.
Qrupun mitinqə çağırışında bildirilir:
“Əziz Həmvətənlər!
Demokratik Qüvvələrin Milli Şurası 18 avqust 2013 cü il tarixində
- azad və ədalətli seçkilər
- siyasi məhbuslara azadlıq
tələbləri ilə mitinq keçirəcək.
Evi sökülənlər, rüşvətə “yox” deyənlər, atəşkəs dövründə övladı şəhid olanlar, banklara kredit borcu olub ödəyə bilməyənlər, evsiz olub ev ala bilməyənlər, bir sözlə, özünün bu günü, övladının gələcəyi hakimiyyət tərəfindən əlindən alınanlar, bu, bizim birgə aksiyamızdır.
Hər kəsi bu mitinqdə fəal iştiraka çağırırıq!
Azad gələcəyimizi qurmaq öz əlimizdədir!
Bakı şəhəri, Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbi”.
Qeyd edək ki, dünən axşam saatlarında yaradılan qrupa artıq mitinqdə iştirak etmək istəyən 500 nəfərə yaxın şəxs üzv olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?