GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » "Unibank"-ın maxinasiyalar seriyasi

"Unibank"-ın maxinasiyalar seriyasi

Tarix: 21-04-2013, 13:29 Bölmə :İqtisadiyyat Baxış: 1 113
"Unibank"-ın maxinasiyalar seriyasi

Vətəndaşların kredit bəlası

Bir ay bundan öncə Unibankın Albalı Kart vasitəsiylə necə fırıldaqlar etdiyini, vətəndaşları altamaqları haqqında araşdırma yazısı təqdim etmişdik. Təqdim olunan faktlardan da görünürdü ki, adıçəkilən bank müxtəlif vasitələrlə insanları aldatmaqla məşğuldur. Lakin bu bank haqqında məlumatlar bitmədi. Belə ki, Unibank haqqında maraqlı məlumatlar daxil olub.
Belə ki, bizə daxil olan bir məlumatda deyilir ki, 43 min dollara qarşı 64 min pul tələb edir. Vətəndaş yazır ki, bank burada 21 min dollar sələm tutur. Adıgözəlova Gülşən Məktub qızı məktubunda adıçəkilən bankın soyğunçuluqla məşğul olduğunu vurğulayıb: “2008-ci ildə həyat yoldaşım Unibankdan kreditlə maşın almışdı. “Mersedes” markalı maşının qiyməti servisdə 35 min manat idi. Həmin maşın Unibankda girov qoyuldu, pulun 25 minini bank verdi, 10 minini isə nağd öz cibimizdən servisə ödədik. Ayda 800 manatdan 3 il müddətində bu başkəsənlərə pul ödəməliydik. Məsələ burasındadır ki, bu 25 minin əvəzinə bunlara 32 min manat pul qaytarmalıydıq, ödəyə bilməyəcəyimiz təqdirdə isə maşınımızı bank əlimizdən alacaqdı. Şərt belə qoyulmuşdu. Sağ olsun Milli Məclisdəki deputatlarımız ki, bu cür ağır şərtlərlə qan soran bankları ölkəmizə buraxıblar! Sağ olsun Elman Rüstəmov ki xalqın avamlığından istifadə edib sələmçi başkəsənlərə qanımızı içməyə imkan verib! Hətta pulun yarısını da aybaay vaxtında ödəsəydik və daha imkanımız olmasaydı ödəməyə, vəssalam, Unibank yenə də maşınımızı əlimizdən alacaqdı və ödədiyimiz artıq pulları da geri qaytarmayacaqdı! Bu necə bankçılıqdır?!”
Şikayətçi sığortadan da narazılıq edir: “MBASK adlı elə bu şirkətin rəhbərliyinə məxsus olan Sığorta Şirkəti bizdən 1500 sığorta üçün pul almışdı, lakin maşınımız əziləndə bir qəpik də pul vermədi. MBASK müxtəlif bəhanələr gətirərək maşını düzəltdirməkdən imtina etdi”.
Şikayətçi bank tərəfindən aldadılaraq evlərinin neçə girova alındığını da qeyd edib: “Bankın işçiləri bizi məhkəməyə verməkləri ilə hədələyir, evimizi banka girov qoymağımızı istəyirdilər. Biz təzyiqlərdən, onların evimizə gəliş-gedişindən, yaratdıqları stresslərdən bezib, məcbur qalaraq təklif etdik ki, evimizi onlara girov qoyub pul götürək. Onlar bizə dedilər ki, evi girov qoyduğunuza görə sizə pul versək, onda maşından qalmış 15 min manat qalıq borcunuzu da cıxacağıq. Məcbur qalıb razılaşdıq. Bu məsələni də xahiş edirəm araşdırın. Mən evimi onlara girov qoyub pul götürrəmsə, niyə maşının pulunu çıxmalıydılar? Və yerdə qalan kiçik məbləğlə nə iş görməliydim ki, bunlara hər ay külli-miqdarda sələm ödəyim? Unibank insanların avamlığından istifadə edərək onlara min cür kombinasiyalar qurur ki, tələyə salsın və əmlakını əlindən alsın.
Daha bir maraqlı cəhət ondadır ki, Unibank satış qiyməti 75 min manat olan evimizə cəmi 43 min manat qiymət qoydu, bu da 34 min manat eləyir. Yəni məlumatınız olsun ki, Unibank əhalinin evlərini yarı qiymətinə əlindən alır. Baş Prokurorluqdan xahiş edirik ki, Unibankın ev maxinasiyaları ilə bağlı bütün talançılıq, soyğunçuluq aktlarını araşdırsın, bütün mühasibat kağızları geniş şəkildə yoxlasın. Bu gün sadə Azərbaycan vətəndaşları böyük bir cinayət cindikatı ilə üz-üzə qalıb. Dövlət öz vətəndaşlarını qorumalıdır, sələmçi reketləri yox!
Biz o vaxt evimizi rahat şəkildə 75 min manata sata bilərdik, amma bizi tələyə salıb evimizi 43 min dollara (34 min manata) girov götürdülər. Bizə isə cəmi 19 min manat verdilər, dediyim kimi 15 min manatı maşının köhnə borcuna çıxdılar. Lakin… bizə kağız verdilər ki, Unibanka nə az nə çox, 64 min dollar pul ödəməlisiniz. 43 minə qarşı 64 min! Götürdüyümüz pulun üstündə bunlara 21 min dollar sələm ödəməliydik. Təxminən 50 faiz! Eşidirsinizmi, hörmətli Azərbaycanımızın dövlət rəhbərləri, idarəçi cənabları! Unibank 50 faizlik kredit paylayır. Verdiyi 43 min dolların üstündə 21 min dollar sələm alır!”
Şikayətlər bununla bitmir. Hətta bir neçə jurnalist Unibank-dan kredit almaq istəyib. Lakin bank heç bir sənəd göstərmədən jurnalistlərə kredit verilmədiyini bildirib. Daxil olan məlumatda o da bildirilir ki, Unibankın hüquqi ünvanları vaxtilə iş adamlarının evləri olub. Lakin daha sonra dəyişikliklər edilib. Eyni zamanda deyilənlərə görə bank yüksək vəzifəli, yaşlı bir şəxsin nəzarətindədir. Bununla bağlı araşdırmamız başa çatdıqdan sonra əlavə məlumat kimi yeni yazı dərc edəcəyik. Onu da bildirək ki, bankların həyata keçirdiyi kredit siyasətinin əsasında isə müştəri yığmaq üçün hazırlanan cəlbedici səslənən reklamlar dayanır. Paytaxt küçələrində, ictimai nəqliyyatda və televiziya vasitələrində “sərfəli kredit” reklamlarına tez-tez rast gəlmək olar. Ancaq bu reklamlardakı fikirlərlə reallıq arasında dağ boyda fərq var.
Bir çox hallarda özəl banklarda təlimatlar kreditin verilməsini yox, verilməməsini şərtləndirən əsas amilə çevrilir. Vətəndaş “Zaminsiz, arayışssız, tək şəxsiyyət vəsiqəsilə” reklamını görüb, üz tutur banklara. Bankda gördükləri isə onda hər şeyin fırıldaq olması barədə təsəvvür yaradır. Bakı sakinlərindən birinin də başına belə oyun gəlib. “Unibank”dan biznes işləri ilə bağlı olaraq kredit götürmək istəyən gəncin qarşısına elə şərtlər qoyublar ki, o puldan vaz keçib. Hazırda banka işi düşdüyü üçün adını deməyən vətəndaşın sözlərinə görə, “Unibank”da hər şey üzdə göründüyü kimi deyil: “Kiçik biznesimi inkişaf etdirmək məqsədilə banka müraciət etdim. Hər gün televizorda elan edirlər ki, təkcə şəxsiyyət vəsiqəsilə kredit verilir. Banka gedəndə məndən iş yerindən arayış və zamin də tələb etdilər. Üstəlik, bildirdilər ki, işlədiyin müəssisənin telefon nömrələrini verməlisən. Mən onlara deyəndə ki, dövlət işində işləmirəm, kredit verməkdən imtina etdilər. Axı, bank irəli sürdüyü kredit şərtlərində belə müddəalar qoymur. “Unibank”dan sonra “Yapıkredibank”a da getdim. Orda da eyni vəziyyətdir. Belə başa düşdüm ki, bankların sərfəli kredit adlandırdıqları şeylər əslində, vətəndaşları aldatmaqdan başqa bir iş deyil. Bütün ölkəyə car çəkirlər ki, kreditlər ən aşağı faiz dərəcələri ilə verilir. Kredit götürmək istəyəndə isə görürsən ki, faizlər həddən artıq yüksəkdir. Mərkəzi Bank tərəfindən yerli banklara nəzarət zəifdir.
Bu səbəbdən hansı bank necə istəyirsə, elə də siyasət müəyyənləşdirir”. Eyni zamanda Unibank-dan kredit götürmək istəyən müşdərilərdən arayış tələb olunur. Bank işçiləri həmin arayışda 1000-1500 manat maaş aldığını təsdiqləməlisən. Əks təqdirdə bankdan kredit əldə etmək mümkünsüz olur. Bunlardan əlavə reklamlarda faizsiz və zaminsiz kreditlər deyib insanları aldadan bank sonradan onlardan faiz tutur. Faizlər götürülən kreditin məbləğinə uyğun olaraq ölçülür. Müştərilər bankda faizlərin yüksək olduğundan şikayət edirlər.

Rasim
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elman Rüstəmovun reket bankları

    Elman Rüstəmovun reket bankları ...

    20-01-2013, 13:26

  • 
  • GÜNDƏMXƏBƏR TV TƏQDIM EDIR-UNİBANKIN KREDİT FIRILDAĞI-VİDEO SUJET

    GÜNDƏMXƏBƏR TV TƏQDIM EDIR-UNİBANKIN KREDİT ...

    9-07-2013, 13:34

  • 
  • “Unibank” müştərilərini məhkəməyə verdi

    “Unibank” müştərilərini məhkəməyə verdi ...

    6-06-2016, 17:20

  • 
  • Məhkəmə mübahisələri aparan bankların reytinq cədvəli açıqlanıb

    Məhkəmə mübahisələri aparan bankların reytinq ...

    3-06-2013, 14:53

  • 
  • Bank Atatürkün qızının evini satıdırır

    Bank Atatürkün qızının evini satıdırır ...

    25-12-2013, 13:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu