GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Elman Rüstəmovun reket bankları

Elman Rüstəmovun reket bankları

Tarix: 20-01-2013, 13:26 Bölmə :İqtisadiyyat Baxış: 889
Elman Rüstəmovun reket bankları

Unibank insanların avamlığından istifadə edərək
onlara min cür kombinasiyalar qurur ki, tələyə
salsın və əmlakı vətəndaşların əlindən alsın...


Redaksiyamıza daha bir kredit qurbanının faciəli hekayətini anladan şikayət məktubu daxil olub. Cəlilabad şəhəri, Tomrus küçəsi, ev 17 ünvanında yaşayan Adıgözəlova Gülşən Məktub qızı başına gətirilən oyundan yazır: “2008-ci ildə ərim Unibankdan kreditlə maşın almışdı. Mersedes markalı maşının qiyməti servisdə 35 min manat idi. Həmin maşın Unibankda girov qoyuldu, pulun 25 minini bank verdi, 10 minini isə nağd öz cibimizdən servisə ödədik. Ayda 800 manatdan 3 il müddətində bu başkəsənlərə pul ödəməliydik. Məsələ burasındadır ki, bu 25 minin əvəzinə bunlara 32 min manat pull qaytarmalıydıq, ödəyə bilməyəcəyimiz təqdirdə isə maşınımızı bank əlimizdən alacaqdı. Şərt belə qoyulmuşdu. Sağ olsun Milli Məclisdəki deputatlarımız ki, bu cür ağır şərtlərlə qan soran bankları ölkəmizə buraxıblar! Sağ olsun Elman Rüstəmov ki xalqın avamlığından istifadə edib sələmçi başkəsənlərə qanımızı içməyə imkan verib! Hətta pulun yarısını da aybaay vaxtında ödəsəydik və daha imkanımız olmasaydı ödəməyə, vəssalam, Unibank yenə də maşınımızı əlimizdən alacaqdı və ödədiyimiz artıq pulları da geri qaytarmayacaqdı! Bu necə bankçılıqdır?! Bunlar Azərbaycanı nə hesab edirlər? Amerikada nə qədər murdar sistem var hamısını gətirib doldururlar Azərbaycana! Bir də ayılmışıq ki, minlərlə, on minlərlə insanın bu yolla əmlakını əllərindən alıblar.
8 aya yaxın stabil olaraq bu banka 800 manat hər ay pul ödədik. Ailə vəziyyətimizin çətin olmasına baxmayaraq. Qoca valideynlərimin pensiyasını toplayır, qalan pulu isə ərim maşınla qazanırdı. Sonra maşın qəzaya düşdü, əzilib yararsız hala düşdü. Avariyadan sonra artıq banka pul ödəmək imkanımız məhdudlaşdı. MBASK adlı elə bu şirkətin rəhbərliyinə məxsus olan Sığorta Şirkəti bizdən 1500 sığorta üçün pul almışdı, lakin maşınımız əziləndə bir qəpik də pul vermədi. MBASK müxtəlif bəhanələr gətirərək maşını düzəltdirməkdən imtina etdi. Bizi tora salmaq üçün əllərindən gələni etdilər. Xahiş edirəm ki, müraciət etdiyim hüquq-mühafizə orqanları MBASK adlı fırıldaqçı sığorta şirkəti ilə də maraqlansınlar. Bu təşkilatın əslində nə işlə məşğul olduğu, kimlərə, nə vaxt və nə qədər sığorta ödədiyi üzə çıxarılsın. Havadan şirkət yaradıblar və milyonlar qazanırlar. Heç kimə heç nə vermirlər və yalnız yığım işinə baxırlar. Həmin sığorta şirkətinin oyunlarına son vermək, aferalarını dayandırmaq lazımdır.
Maşın əziləndən sonra bank bizdən pulu tələb etməyə başladı. Onlar bizə təzyiqlər edir, tez-tez idmançı görkəmli adamları evimizə göndərirdilər. Anam hər dəfə onların gəlişindən stress keçirirdi. Bankın işçiləri bizi məhkəməyə verməkləri ilə hədələyir, evimizi banka girov qoymağımızı istəyirdilər. Biz təzyiqlərdən, onların evimizə gəliş-gedişindən, yaratdıqları stresslərdən bezib, məcbur qalaraq təklif etdik ki, evimizi onlara girov qoyub pul götürək. Onlar bizə dedilər ki, evi girov qoyduğunuza görə sizə pul versək, onda maşından qalmış 15 min manat qalıq borcunuzu da cıxacağıq. Məcbur qalıb razılaşdıq. Bu məsələni də xahiş edirəm araşdırın. Mən evimi onlara girov qoyub pul götürrəmsə, niyə maşının pulunu çıxmalıydılar? Və yerdə qalan kiçik məbləğlə nə iş görməliydim ki, bunlara hər ay külli-miqdarda sələm ödəyim? Unibank insanların avamlığından istifadə edərək onlara min cür kombinasiyalar qurur ki, tələyə salsın və əmlakını əlindən alsın.
Daha bir maraqlı cəhət ondadır ki, Unibank satış qiyməti 75 min manat olan evimizə cəmi 43 min manat qiymət qoydu, bu da 34 min manat eləyir. Yəni məlumatınız olsun ki, Unibank əhalinin evlərini yarı qiymətinə əlindən alır. Baş Prokurorluqdan xahiş edirik ki, Unibankın ev maxinasiyaları ilə bağlı bütün talançılıq, soyğunçuluq aktlarını araşdırsın, bütün mühasibat kağızları geniş şəkildə yoxlasın. Bu gün sadə Azərbaycan vətəndaşları böyük bir cinayət cindikatı ilə üz-üzə qalıb. Dövlət öz vətəndaşlarını qorumalıdır, sələmçi reketləri yox!
Biz o vaxt evimizi rahat şəkildə 75 min manata sata bilərdik, amma bizi tələyə salıb evimizi 43 min dollara (34 min manata) girov götürdülər. Bizə isə cəmi 19 min manat verdilər, dediyim kimi 15 min manatı maşının köhnə borcuna çıxdılar. Lakin... bizə kağız verdilər ki, Unibanka nə az nə çox, 64 min dollar pul ödəməlisiniz. 43 minə qarşı 64 min! Götürdüyümüz pulun üstündə bunlara 21 min dollar sələm ödəməliydik. Təxminən 50 faiz! Eşidirsinizmi, hörmətli Azərbaycanımızın dövlət rəhbərləri, idarəçi cənabları! Unibank 50 faizlik kredit paylayır. Verdiyi 43 min dolların üstündə 21 min dollar sələm alır! Əhsən belə yaşayışa! Azərbaycan sələm sahəsində günü-gündən iri addımlarla irəliləyir! Tezliklə Bakıda Unibankın ələ keçirdiyi evlər sayəsində böyük mikrorayonlar əmələ gələcək.
Aya nə az nə çox, 1779 dollar Unibanka pul ödəməliydik. Əlbəttə ki bu Azərbaycan standartları üçün real deyil. Yəqin özünüz də bilirsiniz ki, Unibank kimi sələmçi banklar hansı oyunlardan çıxır, hansı kombinasiyaları qurur, tələlər yaradırlar ki, son nəticədə əhalinin əmlakına sahib çıxsınlar. Bütün bunlar dəfələrlə deyilib, mətbuatda yazılıb, dövlət orqanlarına çoxlu şikayətlər olunub, amma nədənsə dövlət sələm genosidini dayandırmağa tələsmir.
Elə birinci aydan bizim ödənişlə bağlı problemlərimiz yarandı. Özünüz də bilirsiniz ki, 1779 dollar heç Azərbaycanda nazirlər maaş almır. O pulu götürəndən sonra çətinliklə birinci ay 1779 dollar, sonrakı aylar 1240 dollar, 2000 dollar pul ödəmişik, lakin maraqlıdır ki, Unibank o pulları da hesaba almır, gecikdirdiyimizə görə faizə çıxır. 5000 dollarımız da belə getdi! Eşidirsənmi, Elman Rüstəmov, sənin ölkəyə doldurduğun bankirlər əhaliyə reketsayağı sayğac qoşurlar. Əlimizdə olanları son qəpiyinə kimi tutub alır, hələ özümüzü də borclu çıxardırlar. 5000 dollar ödədiyimiz pulun çekləri olduğu halda Unibankın reketləri onu da faizə çıxıblar. Deməli pullarımız havaya uçub.
Bundan sonra Unibank bizi məhkəməyə verdi. Məhkəmə bizim evdən çıxmağımız haqda qərar qəbul etdi. Bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verdim. 3 dəfə məhkəmə iclası keçirildi, lakin Unibankın işçisi həmin məhkəmə iclaslarının heç birinə gəlmədi. Xahiş edirəm bu qanun pozuntusuna da hüquqi qiymət verəsiniz. Demək belə çıxır ki, mən ağ bayraq qaldırmalı, özüm öz əllərimlə gətirib evimin açarını Unibanka təhvil verməliydim. Qanun müstəvisində olan məsələlər isə Unibankı maraqlandırmır, onlar öz imkanlarından, əlaqələrindən istifadə edərək qanunçuluğa da məhəl qoymur, acgözlüklə talana rəvac verirlər. Mənim şikayət məktublarımdan sonra Dövlət orqanlarına yazdıqları cavabda bildirirlər ki, guya mən Apellyasiya məhkəməsinə sayğısızlıq göstərmişəm, halbuki 3 dəfə iclas çağırılıb, heç birində onlar tərəfdən gəlməli olan nümayəndə iştirak etməyib. O necə olur ki, 75 min manatlıq evi əlimizdən alırlar, amma məhkəmə iclasına gəlmirlər. Xahiş edirəm ki, bu məsələyə də diqqət edəsiniz, cinayət işi açıb araşdırasınız. Unibank bu cür iyrənc metodlardan, oyunlardan istifadə edərək avam camaatın evini yıxır. Xahiş edirəm məni başa düşün, anam bu ağrı-acılara, onların təzyiqlərinə tab gətirməyib vəfat edib, atam isə özünə qəsd edib. Bu cinayətkar ünsürləri dövlətimiz cəzasız qoymamalıdır.
Apellyasiya Məhkəməsi 3 ay bizə toxunmamaq haqda qərar çıxardı ki, biz özümüzü toplayaq, ödənişləri edək. 3 aydan sonra Unibankın reketləri evimizə yenidən xaç yürüşlərinə başladılar. Milli Təhlükəsizlik Nazirliyindən xahiş edirəm ki, Unibankın Problemli Məsələlər üzrə Şöbəsinin fəaliyyətinin gizli yönlərini araşdırsın. Bu şöbələrdə işləyənlərin hərəsinin 5-10 evi, 5-10 xarici maşını var. Unibankın Problemli Məsələlər Şöbəsinin işçiləri əslində reket və soyğunçuluqla məşğul olurlar. Həmin işçilər hər 3 aydan bir evimizə təşrif buyurur, hədə-qorxu gəlir, hər dəfə 500 manat, 1000 manat alıb gedirdilər. Deyirdilər ki, bu pula 3 ay da sizin vaxtınızı uzadacayıq, elə edəcəyik ki, bank sizə toxunmasın. Üst-üstə həmin işçilərə 2500 manat pul vermişik, o pullar heç bir yerdə qeydiyyata alınmayıb. Həmin pulları Unibankın Problemli Məsələlər üzrə Şöbəsinin reket işçiləri alıb öz ciblərinə qoymuşlar. Onlar bankın ev məsələlərində həmişə bu üsullardan istifadə edir, çoxlu qanunsuz pullar qazanır, eləcə də girovda olan evi, ya maşını əldən-ələ oformit edərək özləri sahib çıxır, dəyər-dəyməzinə öz əllərinə keçirib sonradan baha qiymətə satıb varlanırlar. Camaatın taleyi bunlarçün oyuncağa çevrilib. Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovdan bu məsələlərin tam araşdırılmasını xahiş edirəm.
Hal-hazırda evimiz qanunsuz olaraq Unibankın əlindədir. Bizim razılığımız olmadan evə 2 bahalı oxrana, gözətçi qoyublar. Onlara aylıq 700 (!) manat maaş sənədləşdiriblər. Biz etiraz edib bu qiymətlə razılaşmadıq, ucuz oxrana tutulmasını istədik. Lakin dedilər ki, hər şey bizim əlimizdədir, nə qədər istəyirik o qədər də hesablayacayıq. O pulu da bizim hesabımıza yazırlar ki, siz ödəməlisiniz. Qəribədir, bizim razılığımız olmadan, bizim hesabımıza öz işçilərinə 700 manat pul yazırlar, bu yolla da çoxlu mənimsəmə ilə məşğul olurlar. Respublikanın güc strukturlarından xahiş edirik ki, bu məsələ ilə də məşğul olsunlar. Biz 1 ildir evdən çıxmışıq. İndi belə çıxır ki, bir maşının pulunu da Unibankın oxranasına ödəməliyik.
Unibankdakı reket yoldaşlar heç bir hüquqi kağız olmadan evimizə sahib çıxmaq istəyirlər, lakin alınmır. Onlar əlaqədar instansiyalardan tələb edirlər ki, qanunsuz olaraq bizi öz evimizdən qeydiyyatdan silsinlər. Xahiş edirəm ki, buna imkan verməyin. Hakimiyyətdəki tanışlarından, öz şirnikləndirici imkanlarından istifadə etməklə əhalinin evlərinə beləcə yiyələnirlər. Bir müddət nə qədər təkid etdiksə, nə evimizi satmağa qoydular, nə də özləri satdılar. Mən ailəmiz adından tələb edirəm ki, Unibanka qarşı cinayət işi açılsın, bu sələmçi təşkilatın əlində olan evimiz özümüzə qaytarılsın. Xahiş edirik ki, bizə köməklik edin və xalqı qaniçən yırtıcıların əlindən qurtarın”.
Şəhla Həmidova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Unibank"-ın maxinasiyalar seriyasi

    "Unibank"-ın maxinasiyalar seriyasi ...

    21-04-2013, 13:29

  • 
  • Elman Rüstəmov arayışsız kreditlərə qadağa qoydu

    Elman Rüstəmov arayışsız kreditlərə qadağa qoydu ...

    16-01-2014, 14:44

  • 
  • Elman Rüstəmov bank faizlərinin yüksək olmasını etiraf etdi

    Elman Rüstəmov bank faizlərinin yüksək olmasını ...

    13-11-2013, 21:15

  • 
  • Cəlilabadda əmlak qanunsuzluğu

    Cəlilabadda əmlak qanunsuzluğu ...

    27-01-2013, 11:49

  • 
  • Elman Rüstəmov bank kreditləri haqda

    Elman Rüstəmov bank kreditləri haqda ...

    10-05-2016, 12:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (472)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu