Azərbaycanda fəaliyyət göstərən Almaniya şirkətləri məhkəməyə verilib.
gundemxeber.az bu barədə virtualaz.org-a isrtinadən məlumat verir.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının sözlərinə görə, "Schlumberger" adı altında Azərbaycanda 2 alman şirkəti fəaliyyət göstərir. "Bu şirkətlərdə işçilərə 75 faiz dəniz əmsalına görə ödənişlər verilmir. Halbuki qanunvericiliyə görə, dənizdə işləyənlərə dəniz əmsalına görə ödənişlər edilməlidir. Buna görə də azərbaycanlı işçilər məhkəməyə müraciət edərək ödənişlərin verilməsini tələb edirlər", - deyə M.Qəhrəmanlı əlavə edib.
Məlum olub ki, işçilər illərlə çalışdıqları şirkətlərin adlarını bilmirlər: "İşçilər hansı şirkətlə əmək müqaviləsi bağladığını da bilmirlər. Əslində bunu bilmək elə də asan məsələ deyil. Məsələ ondadır ki, əmək müqaviləsi eyni ofisdə bağlanılır, rəbərlik də eynidir. İşçiləri Səbinə Tağıyeva adlı şəxs işə götürür. İki şirkətin eyni adamlar tərəfindən idarə olunması, işçilərlə fərqli əmək müqaviləsinin bağlanması məsələsinin araşdırılması üçün Dövlət Əmək Müfəttişliyinə müraciət edilib".
Hazırda məhkəmə iddiasına baxılması üçün hazırlıq iclası keçirilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?