GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Rusiyadan Azərbaycan pomidorlarına qadağa: məhsul sərhəddə zay olur

Rusiyadan Azərbaycan pomidorlarına qadağa: məhsul sərhəddə zay olur

Tarix: 9-06-2016, 00:36 Bölmə :İqtisadiyyat Baxış: 0
Rusiyadan Azərbaycan pomidorlarına qadağa: məhsul sərhəddə zay olur

Son dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiya Federasiyasına göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması hallarının sayı artıb. Sonuncu dəfə Rusiya federasiyasına göndərilən xeyli miqdarda pomidor məhsulu geri qaytarılıb, ölkəyə buraxılmayan məhsulun bir hissəsi isə tamamilə zay olub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına göndərilən kənd təsərrüfatı məhsulları və digər mallar qanunvericilikdə nəzərdə tutulan bütün müvafiq sənədlərlə təmin olunduqdan sonra ixracına icazə verilir. Buna görə də geri qaytarılan pomidor məhsullarının mənşə sertifikatının düzgün olmaması, yəni dolayısı ilə məhsulun Azərbaycanda istehsal edilməməsi barədə irəli sürülən arqumentlər əsla həqiqətə uyğun deyil. Üstəlik araşdırmalar göstərir ki, Azərbaycandan göndərilən kənd təsərrüfatı məhsullarında müvafiq analizlərin aparılması Dağıstan Respublikası ərazisində mümkün olmadığından məhsullardan götürülən nümunələr paytaxt Moskvaya göndərilir ki, belə olan halda nəticələrin əldə olunması üçün bəzən 10 gündən də artıq vaxt tələb olunur. Bu vaxt ərzində isə sərhəddə gözləyən həmin kənd təsərrüfatı məhsulları əksər hallarda yararsız olur.

Komitənin məlumatında həmçinin qeyd olunur ki, hələ 2015-ci il, şimal qonşumuzun hər hansı bir ölkəyə sanksiyalar tətbiq etmədiyi dövrlə qadağaların tətbiqinə başlanıldığı 2016-cı il qarşılaşdırıldığında Rusiya Federasiyasına pomidor məhsulunun əsas ixracatçılarının eyni şəxslər olduğu məlum olub. Problemin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsi Rusiya Federasiyasının aidiyyatı qurumlarına rəsmi olaraq müraciət edib və bu istiqamətdə intensiv iş aparılır.

Rusiyadan Azərbaycan pomidorlarına qadağa: məhsul sərhəddə zay olur

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə yaranmış problem Rusiyanın cığallıq etməsi ilə əlaqələndirir. Ekspertin virtualaz.org saytına verdiyi məlumata görə, bu məsələnin siyasi motivləri var. Çünki meyvə-tərəvəzin hansı ölkədə istehsal olunduğunu müəyyən etmək çətindir.

“Bizim ölkəmizin iqlimi Türkiyənin iqliminə çox yaxındır. Bizdə Türkiyəyə uyğun sortlar yetişdirilir. Bunu necə müəyyən etmək olar ki, tərəvəz harada istehsal olunub? Ümumiyyətlə, Azərbaycanın özündə fərqli çeşiddə məhsullar çoxdur. Azərbaycanda istehsal olunan bütün məhsulların mənşəyi göstərilir, heç kim sənədsiz məhsul ixrac etmir. Bunu o məhsullar haqqında demək olar ki, onlar yalnız Türkiyədə istehsal olunur. Amma bu meyvə -tərəvəz həm Azərbaycanda, həm də Türkiyədə istehsal olunur. Ümumiyyətlə, Şəmkirdə istehsal olunan pomidoru Moskva alıcısı çox yaxşı tanıyır. Azərbaycan sahibkarları kifayət qədər məhsul ixrac edə bilir və Türkiyə məhsulunu Rusiyaya aparmağa ehtiyac yoxdur”.

Ekspert hesab edir ki, min tonlarla məhsulun geri qaytarılması kənd təsərrüfatına ciddi ziyan vurur. Ümumiyyətlə, Rusiyanın tez-tez belə cığallıqlar etdiyini deyən V. Məhərrəmovun sözlərinə görə, son vaxtlar təkcə Azərbaycana deyil, Türkiyəyə, Ukraynaya, Avropa ölkələrinə qarşı belə mövqe nümayişini tez-tez görürük. Amma qonşu ölkənin özünü izolyasiya etməsi düzgün deyil.

Ekspert hesab edir ki, vəziyyətdən çıxış yolu müvafiq dövlət strukturlarının Rusiya ilə danışıqlara başlayıb kənd təsərrüfatı məhsullarının qonşu ölkəyə ixracını stabilləşdirməsidir.

“Burada diplomatiya öz işini görməlidir. Çünki iqtisadi əlaqələr siyasi əlqələrə bağlıdır. Rusiya ilə siyasi əlaqələri yaxşılaşdırmaq lazımdır. Hökumətlərarası danışıqlar aparılmalıdır. Bundan başqa Azərbaycanlı sahibkarlar Avropa standartlarına uyğun məhsul istehsal etməyə çalışmalıdırlar. Əgər belə məhsul istehsal etsələr, Avropa bazarlarına çıxa bilərlər. Avropa bazarlarına çıxmaq isə bildiyimiz kimi daha dayanıqlıdır”.

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında yaranmış problemlə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə əlaqə saxladıq, problemi aradan qaldırmaq üçün hansı addımların atıldığını dəqiqləşdirməyə çalışdıq.

Xidmətdən virtualaz.org-a bildirdilər ki, məsələ ilə bağlı rəsmi açıqlama hazırlanır və yaxın saatlarda təqdim olunacaq. Bununla belə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri Camal Quliyev ötən gün telekanallardan birinə açıqlamasında deyib ki, Azərbaycan tərəfi Rusiya tərəfinin iradları ilə bağlı əks-arqumentlərini hazırlayıb və yaxın günlərdə müvafiq strukturlara rəsmən təqdim olunacaq.

Gülnar Əliyeva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycandan Rusiyaya göndərilən məhsullarla bağlı razılıq əldə olundu

    Azərbaycandan Rusiyaya göndərilən məhsullarla ...

    9-06-2016, 17:04

  • 
  • Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 60 faiz artıb

    Azərbaycandan Rusiyaya kənd təsərrüfatı ...

    25-12-2017, 14:15

  • 
  • “Azərbaycanda yaxın aylarda kəskin qiymət artımı gözlənilir”

    “Azərbaycanda yaxın aylarda kəskin qiymət artımı ...

    25-08-2014, 14:13

  • 
  • Rusiya Azərbaycan pomidorunda «Türkiyə izi» axtarır

    Rusiya Azərbaycan pomidorunda «Türkiyə izi» ...

    22-02-2016, 17:18

  • 
  • Rusiya-Türkiyə pomidor anlaşması azərbaycanlı fermerləri “vurdu”

    Rusiya-Türkiyə pomidor anlaşması azərbaycanlı ...

    13-11-2017, 10:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu