"Vergi Məcəlləsi"nə nəzərdə tutulan dəyişikliklərə əsasən vergi orqanının vəzifəli şəxslərinə yoxlamalar aparılması qadağan olunacaq.
Vergi orqanının vəzifəli şəxslərinə yoxlamalar aparılması qadağan olunur...
gundemxeber.az-a Milli Məclisdən verilən məlumatda bildirilir ki, "Vergi Məcəlləsi"nə yeni dəyişikliklərin edilməsi nəzərdə tutulur. Məcəllənin 29.2 maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən vergi orqanının vəzifəli şəxsi (yoxlayıcı) aşağıdakı hallarda yoxlamalar aparılmasına icazə verilməyəcək: Yoxlanılan hüquqi şəxsin təsisçisi və ya iştirakçısı olduqda; yoxlanılan fərdi sahibkarın, hüquqi şəxsin təsisçisinin (iştirkaçısının) idarəetmə orqanının üzvlərinin yaxın qohumu olduğu halda yoxlamalar aparmağa verilməyəcək. Məcəllənin 36.1-1 maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən isə yoxlamaların vahid məlumat reysterində qeydə alınmadan aparılan səyyar vergi yoxlamalarının hüququ nəticəsi olmayacaq. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyətinə dair məcburi tələblərin pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edə bilməz. 36-1-2 maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən isə səyyar vergi yoxlamasını aparan vergi orqanının vəzifəli şəxsinin səlahiyyətləri vergi orqanlarının səlahiyyətləri ilə məhdudlaşdırılır. Səyyar vergi yoxlamasını aparan vergi orqanının vəzifəli şəxsinə yoxlamanın aparılmasından başqa digər səlahiyyətlər, o cümlədən sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması, yoxlama materiallarına baxılması və nəticələri üzrə qərarın qəbul edilməsi, məsuliyyət tədbirlərinin tətbiqi, cərimələrin toplanması səlahiyyətləri verilə bilməz. Yoxlayıcı həmçinin təmnsil etdiyi vergi orqanının nəzarət sahəsinə aid olmayan məsələləri yoxlaya və həmin məsələlərlə bağlı materiallarla tanış ola bilməz. Məcəllənin 36.6 maddəsində nəzərdə tutulan dəyişiklikdə isə vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları zamanı vergi orqanlarının qərarları və hərəkətləri nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati qaydada məhkəməyə müraciət edə bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?