Vergilər Nazirliyi 5 xarici şirkətin qeydiyyatını ləğv edib.
Vergilər Nazirliyinin məlumatına görə, "Distrilab", "Buz Alen Hamilton İnc.", "Grundfos Pompa Sanayi ve Ticaret Ltd.", "Niko İnternational Ltd." və "Makimsan Asfalt Taahhüt İnşaat Sanayi ve Ticaret Anonim" ölkəni tərk edib.
Vergilər Nazirliyi bu şirkətlərlə bağlı əlavə bilgi verməyib və onların ölkəni tərk etməyinin səbəbini izah etmir.
Ötən bazaar ügün nüfuzlu Kempinski şirkəti Badamdardakı otelin idarəçiliyindın çəkilib.
Bundan əvvəl Rusiyanın “AKTAVİS”, Böyük Britaniyanın “Bİ CEY SERVİSEZ KOMPANİ MİDL İST LİMİTED” və İsveçrənin “SCHERİNG-PLOUGH CENTRAL EAST AG” şirkətli, “Turkapital Holding”, Sinqapurun “Petro Singapore Trading PTE Ltd.”, belçikanın “Puratos” şirkəti, Royal Dutch Shell PLC Azərbaycandakı nümayəndəliklərini ləğv edib.
Fransanın «Technip Maritime Overseas LTD» və İtaliyanın «Maccaferri Azerbaijan» MMC şirkətləri də Azərbaycanda fəaliyyətlərini dayandırıb.
ONGC Videsh Limited şirkəti AÇG neft layihəsindən çıxacağını bildirib. Xarici şirkətlər və fiziki şəxslər 2014-cü ildəki iqtisadi böhrandan sonra ölkədən kapital çıxarmağa başlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?