Ölkədə baş verən sellər səbəbilə Qətərin paytaxtı Dohada infrastruktur demək olar ki, tamamilə çöküb, yollar bağlanıb və məktəblər bağlanıb.
Paytaxt Dohada sellər səbəbilə zərər görən böyük tikinti obyektlərdə iş görən xarici podratçı şirkətlərin və məsul şəxslərin istintaq bitənə qədər ölkədən çıxmasına qadağa qoyulub.
əl-Ərabiyyənin məlumatına görə başda yeni Doha Beynəlxalq Hava lımanı olmaqla Doha metrosu, yol, bina, idman kompleksi kimi inşaatları həyata keçirilən və aralarında çoxlu sayda türk şirkətinin də olduğu xarici podratçı şirkət və şəxslər barədə istintaq başladılıb.
Qətər hökumət istintaq nəticələrinin açıqlanacağı vaxta qədər şirkət sahibləri, idarəçilərin və texniki məsləhətçilərin ölkəni tərk etməsinə qadağa qoyub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?