Dolların manata nəzərən məzənnəsinin güclənməsi və dollara tələbatın artması nəticəsində yaranan valyuta qıtlığı kommersiya banklarının günün məzənnəsini təyin etmə saatını dəyişdirməsinə gətirib çıxarıb.
Fins.az xəbər verir ki, son bir aya qədər valyuta məzənnələrini səhər 10:00-da təyin edən kommersiya bankları artıq dollar və ya avronu hansı məzənnə ilə alıb-satacaqlarını 11:00 –da dəqiqləşdirirlər.
Sorğular göstərir ki, banklar dolların satış məzənnəsində də bir-birlərini izləməyə başlayıblar. Belə ki, bu gün bankların əksəriyyəti dolların satış məzənnəsini 1.6930 manat müəyyən ediblər.
Sorğu
Yeni dizaynımız necədir?