Qara metal prokat bazarının inhisara alınması qiymətlərin bahalaşmasına gətirib çıxarıb
gundemxeber.az Bu ilin noyabr ayında Azərbaycanda sənaye mallarının istehsal qiymətləri orta hesabla 4,1% azalıb. İstisna yalnız bir çox halda əsassız olaraq qiymətlərin qalxdığının qeydə alındığı bir neçə sənaye sahəsi təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, noyabrda qara metallardan hazır məhsul zavodlarda 8,4% bahalaşıb. İqtisadçı-sənayeçi Nazim Məmmədovun fikrincə, bu qara metallurgiya bazarının bir şirkətin əlində inhisara alınmasının aşkar təzahürüdür. «Bu gün “Baku Steel Company” təkcə istehsala nəzarət etmir, şirkət faktiki olaraq yerli bazarda yeganə metal prokat istehsalçısı, qara metalların və ferroqatışıqların ixrac və idxalına da nəzarət edir. Bu şirkətdən xəbərsiz metal əridilməsi və emalı üçün avadanlıq gətirmək mümkün deyil», - deyə o qeyd edib. Məmmədovun sözlərinə görə, Gürcüstanda qara metal prokat Azərbaycandan 40% ucuzdur. Bu birbaşa işgüzar fəallığa, həmçinin onların istehlak səviyyəsinə təsir edir. Xatırladaq ki, bu ilin avqust ayından Bakıda 20-dən çox hazır metal məhsulu istehsalı ilə məşğul olan sahibkarlıq subyektinin fəaliyyəti dayandırılıb. “Turan”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?