Tacikistan bu il Azərbaycandan humanitar yardım qəbul edib.
gundemxeber.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, bu barədə ölkə prezidenti yanında statistika agentliyi xəbər verib.
Bu ilin ötən on ayı ərzində Tacikistan 44,8 milyon dollar həcmində humanitar yardım alıb. Bu yardım dünyanın 53 ölkəsindən daxil olub.
Humanitar yardımın böyük hissəsi Çinin (27,9%) və Rusiyanın (21,3%) payına düşür. Tacikistana yardım əli uzatmış digər ölkələr isə bunlardır: Serbiya (8,2%), Hindistan (7,4%), Türkiyə (4,4%), Belçika (3,8%), İsveçrə (3,7%), ABŞ və Pakistan (hər biri 3,1%), Qazaxıstan (2,8%), Almaniya (2,2%), Danimarka (2%), Cənubi Koreya (1,5%), Hollandiya (1%), Azərbaycan və Fransa (hər biri 0,8%), Tailand (0,7%), İran (0,6%) və başqaları.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?