ABŞ Senatı tərəfindən Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımı ayrılması haqqında məlumat yanlışdır.
Virtualaz.org-un məlumatına görə, bunu jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O, qeyd edib: “Orada yardım “victims to Nagorno Karabagh conflict” adı ilə ayrılıb. Yəni kim münaqişənin qurbanı olubsa, hamısına yardım olunacaq. Yəni yardım azərbaycanlılara da veriləcək. Ona görə də uydurma xəbərə inanmayın. Yəni yardımın yalnız ermənilərə verilməsi başdan-ayağa yalandır. O sənədi oxusanız görərsiniz ki, ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsi qurbanlarına yardım edəcək”.
* * *12:47
ABŞ Senatının Təsisatlar Komitəsi 2016-cı maliyyə ili üçün xarici yardım layihəsini təsdiq edib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, 2016-ci ildə ABŞ Azərbaycan və Ermənistana xarici hərbi maliyyələşdirmə xətti ilə 1,7 mln dollar həcmində hərbi yardım edəcək. Bundan əlavə, 600 min dollar isə Beynəlxalq hərbi təhsil-təlim xətti ilə ayrılacağı gözlənilir.
Qeyri-hərbi yardım qismində Azərbaycana 8,8 milyon ABŞ dolları, Gürcüstana 54 milyon, Ermənistana isə 20,1 milyon dollar ayrılması planlaşdırılır.
Senat, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa da əvvəlki illərdəki həcmdə yardım ayrılmasını tövsiyə edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?