Həm də bununla vətəndaşların əlində olan dollar toplanır
Dünən daha 3 bank valyuta satışını dayandırıb. Bununla da ABŞ valyutasını satmayan bankların sayı 18-ə çatıb. Noyabrın 17-də bankların dollar satışını dayandırması “qara bazar”ı canlandırıb. Dünən “qara bazar”da 1 dollar 1. 8250 manata satılır. ABŞ valyutasının bazarda alış qiyməti də banklardan xeyli bahadır. “Qara bazar”da dollar 1.8000 manata alınır. Onu da deyək ki, banklar rəsmən dollar satışından imtina etsələr də ABŞ valyutasını dolayısı ilə “qara bazar”a çıxarırlar. Həm də bununla vətəndaşların əlində olan dollar toplanır. Günün ikinci yarısında daha bir bank valyuta satışından imtina edib. fins.az xəbər verir ki, “BTB Bank” dollar satışını dayandırıb. Qeyd edək ki, bu bank dünənədək valyuta satışını limitlə həyata keçirirdi. “BTB bank”dan 300 dollar ekvivalentində valyuta almaq mümkün idi. Dünən isə bank ABŞ valyutasını satmamaq barədə qərar verib. Beləliklə, dollar satmayan bankların sayı 19-a çatıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?