GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » QALMAQALLI BANKİR MİLYONLARI TALAYILB, NECƏ QAÇDI? – Şok təfərrüatlar

QALMAQALLI BANKİR MİLYONLARI TALAYILB, NECƏ QAÇDI? – Şok təfərrüatlar

Tarix: 21-12-2016, 14:54 Bölmə :İqtisadiyyat Baxış: 548
QALMAQALLI BANKİR MİLYONLARI TALAYILB, NECƏ QAÇDI? – Şok təfərrüatlar

“Royalbank”ı çökdürən Eldar Mahmudov sonradan Əli Camın Azərbaycanı gizli şəkildə tərk etməsinə köməklik göstərib


2012-ci ilin avqustunda qapadılan “Royalbank” ASC-nin çökdürülməsində “MTN çetesi”nin əli olub. Bu haqda redaksiyamıza daxil olan xəbərdə deyilir ki, bankın İdarə Heyətinin sədri, İran mənşəli ABŞ vətəndaşı Cam Əli Mohammad Hassan oğlu Eldar Mahmudovun təsiri altına salınıb. Bank rəhbərinə ən müxtəlif yollarla təzyiqlər göstərilməklə sabiq nazirin şəxsi maraqları təmin edilib. Son nəticədə isə bank müflis həddinə gətirilib və lisenziyası geri alınıb.

QALMAQALLI BANKİR MİLYONLARI TALAYILB, NECƏ QAÇDI? – Şok təfərrüatlar

Uzun illər Azərbaycanda fəaliyyətdə olan bank üzərindən xaricdə olan hesablara “qara pul” köçürmələri baş tutub. Cinayətlərə etiraz edən bankın filial müdirləri isə ən müxtəlif bəhanələrlə həbsə göndəriliblər. Həbslərin gerçəkləşdirilməsi üçün əsas kimi isə Ə.Camın imzası ilə MTN və digər qurumlara göndərilən məktublar olub. Həmin məktublara əsasən cinayət işləri başlanıb, günahı qanunsuzluqlara etiraz etməkdən o yana keçməyən filial müdirləri qandallanıblar. “Royal bank” ASC-nin “Xəzər” filialının rəhbəri Rinad Məmmədov da Əli Camın imzası ilə MTN-ə göndərilən məktub əsasında tutulanlardandır.

QALMAQALLI BANKİR MİLYONLARI TALAYILB, NECƏ QAÇDI? – Şok təfərrüatlar

MTN tərəfindən həbsindən sonra R.Məmmədov CM-nin 179.3.2, 308.2 və 193-1.3.2-ci maddələri ilə ittiham olunaraq sonradan uzun müddətə azadlıqdan məhrum edilmişdi. Həbsdə olduğu dövrdə R.Məmmədov başına gələnlər haqda mətbuata geniş materiallar yollamışdı.
Mətbuatda dərc olunan həmin müraciətdən sitat:“Qısa desək, Samir Əkbərov Əli Camın göstərişinə əsasən özləri istədikləri qaydada idarə etmişlər. Bundan əlavə Əli Cam sonradan filiala müşahidə şurasının üzvi Famil Teymurovu kuratoru təyin etməklə, filiala Əmir Adeli adlı şəxsi şərik kimi təqdim etdi. Əmir Adelin banka gələndən bir müddət sonra mənə dedi ki, işçilərdən bir neçəsinin çıxartmaq lazımdır. Məndən soruşduqda nə üçün? O, cavab verdi ki, özümlə gətirdiyim adamları işə götürəcəyəm. Filialda onun üçün əlavə otaq icarəyə götürüldü, mebel alındı və Baş Bankın göstərişi ilə filialın bütün kredit dosyaları onun otağına yığıldı. O, əvvəl “Az Sığorta” şirkətinin müdiri olub. Ordan vəzifəsindən kənarlaşdıqdan sonra Əli Cam Əmir Adelini mənim ilə birgə fəaliyyət üçün təqdim etmişdi. Famil Teymurovun rəhbərliyi ilə dəfələrlə filialda iclas keçirilmişdi. Əmir Adeli filiala Röyal Bankın idarə heyətinin üzvi kimi təqdim olunmuşdu. (O, özü ingilis və iran vətəndaşıdır) Onun gəlişindən sonra isə, İran İslam Respublikasına, Röyal Bankın orada olan qeyri rəsmi şöbəsində pulların gizli köçürülməsini təkid edirdilər.
Başqa bir hal isə Əli Cam özü şəxsən mənə təkid edirdi ki, mən İran və Norveqiya ikili vətəndaşlarının adına, lakin onlar Azərbaycanlı olmadıqları halda hesab açaraq, onlara Platinium və İnfinity Plastik kartları verməklə, onlara 100.000-150.000 ABŞ dolları kredit xətti ayırıb plastik hesabına keçirdim. Onu da qeyd edim ki, həmin kartlar müştəriyə təqdim edilməsi üçün onların depozit hesabında ən azı 50.000 AZN olmalıdı. Həmin şəxslərin adları:’
1. Marandi Cavad
2. Marandi Tərminə Əli qızı
3. Aydari Peyman
4. Otero Saborido Guan Gose
5. Badid Arira Gesus
Bütün bunlara mən qəti etiraz etdim”.
R.Məmmədov etirazından bir müddət sonra həbsə alınıb. R.Məmmədovun qeyd etdiyi kimi ümumilikdə “Royal bank” ASC rəhbəri 15 filial müdirinin həbsində vasitəçi olub. Bu həbslər bank filiallarında uzun-uzadı yoxlamalar, orada hesabları olan şəxslərin sorğu-suala çəkilməsi, pulların qaynaqları haqda suallarla bezdiriliblər, son nəticədə pulları əllərindən alınıb. Bank müştərilərinin vəsaitlərinin “xortumlanması” Eldar Mahmudov-Əli Cam işbirliyinin istiqamətlərindən biri olub.
Bundan başqa bankın filiallarında çalışanları obyektlərinin əllərindən alınması faktları da var. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi olmuş generalı Sübahir Qurbanovun adına Əli Cam vaxtilə xeyli əmlak özəlləşdirib. Belə əmlaklardan biri hazırda Sübahir Qurbanovun işi üzrə zərərçəkənlərdən biridir. Onun Gəncədə atasından qalma əmlakını Əli Cam fırıldaq yolu ilə Sübahir Qurbanovun oğlunun adına keçirib.
2012-ci ildə Mərkəzi Bank “Royal bank” ASC-nin lisenziyasını ləğv edəndən sonra bankda başlanan yoxlamalar nəticəsində illərlə bankda baş verən qanunsuzluqlar üzə çıxıb. Lakin banka lisenziya verilməməsi əslində bankın qanunsuzluqlar içində itib-batması, İranla ilişgilərinə görə olub. Məsələ burasındadır ki, “Royal Bank” fəaliyyətdə olduğu dövrdə İranın çirkli pullarının “yuyulması” barədə məlumatlar vardı. Hətta məşhur “WikiLeaks” saytının yaydığı məxfi materiallarda da bu haqda bəhs olunurdu.
2013-cü il fevralın 21-də Baş Prokurorluq “RoyalBank” ASC-nin vəzifəli şəxslərinin külli miqdarda özgə əmlakını mənimsəmələrinə görə həbs edilmələri haqda rəsmi məlumat yaymışdı.
Həmin məlumatda deyilirdi: “RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyindən daxil olmuş cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir. Müəyyən edilmişdir ki, ASC-nin “Tovuz” filialının müdiri Müseyibov Ədalət Nurəddin oğlu cəmiyyətin Müşahidə Şurasının sədri Cam Əli Mohammad Hassan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kənd təsərrüfatı krediti almaq üçün filiala müraciət etmiş Tovuz rayon sakinləri Nizami Qarayev, Seyfəddin Abbasov və İsbəndiyar Müseyibovun adına müxtəlif məbləğlərdə kreditlər rəsmiləşdirməklə ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdıraraq pulu vətəndaşlara verməyib kassadan qanunsuz olaraq götürməklə 400.0 min manat məbləğində pulu mənimsəyərək talamışlar.
İstintaqla həmçinin müəyyən edilmişdir ki, ASC-nin “Gəncə” filialının müdiri Tağıyev Anar Qalib oğlu cəmiyyətin Müşahidə Şurasının sədri Əli Cam və qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kredit almaq üçün filiala müraciət etmiş ayrı-ayrı şəxslərin adlarına ümumilikdə 1 milyon 120.0 min manat məbləğində kredit rəsmiləşdirmişdir. Bundan sonra ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdırmaqla həmin vəsaitdən cəmi 67.0 min manatını vətəndaşlara verməklə, qalan məbləğləri isə kassadan qanunsuz olaraq götürməklə ümumilikdə 1 milyon 53 min manat məbləğində pulu mənimsəyərək talamışlar. Ədalət Müseyibov və Anar Tağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdir. Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, vurulmuş ziyanın ödətdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
“Gündəm Xəbər” musavat.com-a istinadən bildirir ki, həmin dövrdə digər şəxslər həbs edilsələr də, Əli Cam Eldar Mahmudovun himayəsi altında ölkədən qaça bilib. Bu gün Azərbaycandan çıxarılan milyonlarla dolların hesabına xaricdə kefindədir.
Qeyd edək ki, “Royal Bank”ın direktoru, bankın Müşahidə Şurasının sədrinin oğlu, Bankın direktoru 29 yaşlı Fuad Cam da mənimsəmədə ittiham olunur. Bir neçə ölkənin vətəndaşlığını daşıyan F.Camın hazırda ABŞ-da olduğu ehtimal olunur. O, bir neçə dəfə istintaqa dəvət olunsa da, boyun qaçırıb və buna görə də barəsində məhkəmənin hökmü ilə dövlətlər arası axtarış elan edilib.
Fuad Əli oğlu Camın beynəlxalq axtarışa verilməsi barədə məlumat İnterpolun saytında da yerləşdirilib.
Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Röyal Bank”ın baş direktoru beynəlxalq axtarışa verilib

    “Röyal Bank”ın baş direktoru beynəlxalq axtarışa ...

    9-12-2013, 12:00

  • 
  • “RoyalBank”dakı qalmaqalla bağlı yenidən məhkəmə başlayır

    “RoyalBank”dakı qalmaqalla bağlı yenidən məhkəmə ...

    21-02-2015, 11:58

  • 
  • Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 milyon dollarla müflis edib

    Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 ...

    23-11-2015, 14:57

  • 
  • Eldar Mahmudovun "sağ əli" və daha 4 məmur MTN-dən çıxarıldılar

    Eldar Mahmudovun "sağ əli" və daha 4 ...

    24-10-2015, 19:15

  • 
  • Eldar Mahmudovun haker qrupu ABŞ bankından 150 milyon oğurlayıb

    Eldar Mahmudovun haker qrupu ABŞ bankından 150 ...

    21-04-2016, 00:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu