GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “RoyalBank”dakı qalmaqalla bağlı yenidən məhkəmə başlayır

“RoyalBank”dakı qalmaqalla bağlı yenidən məhkəmə başlayır

Tarix: 21-02-2015, 11:58 Bölmə :Ölkə Baxış: 0
“RoyalBank”dakı qalmaqalla bağlı yenidən məhkəmə başlayır

Bankın bir qrup vəzifəli şəxsi məhkəmədə mühakimə edilir, bankın iranlı sahibi axtarışa verilib

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmə və israf etməkdə təqsirli bilinən “RoyalBank” ASC-nin “Tovuz” filialının müdiri Ədalət Müseybov, ASC-nin “Gəncə” filialının müdiri Anar Tağıyev, bankın digər vəzifəli şəxsləri – Xanlar Səfərov, Vüsal İbrahimov, Bayram Vəliyev, Zöhrab Bayramov, Elşən Paşayev, Nizami Qarayev, Rauf Hüseynov, Aytin Bayramov, Zakir Namazov, Fikrət Mehdiyevin apelyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

“RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyindən daxil olmuş cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Müəyyən edilib ki, ASC-nin “Tovuz” filialının müdiri Ədalət Müseyibov cəmiyyətin Müşahidə Şurasının sədri Cam Əli Mohammad və digərləri ilə qabaqcadan əlbir olublar. Onlar Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək qərarına gəliblər.

Belə ki, mütəşəkkil dəstənin üzvləri bu məqsədlə kənd təsərrüfatı krediti almaq üçün bankın “Tovuz” filialına müraciət etmiş Tovuz rayon sakinləri Nizami Qarayev, Seyfəddin Abbasov və İsbəndiyar Müseyibovun adına müxtəlif məbləğlərdə kreditlər rəsmiləşdirməklə ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdıraraq pulu vətəndaşlara verməyib və kassadan götürüblər. Bununla da Ədalət Müseyibov və digər şəxslər adları qeyd olunan şəxslərə verilməli olan 400.0 min manat məbləğində pulu mənimsəyərək talayıblar.

İstintaq həmçinin müəyyən edib ki, ASC-nin “Gəncə” filialının müdiri Anar Tağıyev cəmiyyətin Müşahidə Şurasının sədri Əli Cam və digərləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kredit almaq üçün filiala müraciət etmiş ayrı-ayrı şəxslərin adlarına ümumilikdə 1 milyon 120.0 min manat məbləğində kredit rəsmiləşdirib. Bundan sonra ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdırmaqla həmin vəsaitdən cəmi 67.0 min manatını vətəndaşlara verməklə, qalan məbləğləri isə kassadan qanunsuz olaraq götürməklə ümumilikdə 1 milyon 53 min manat məbləğində pulu mənimsəyiblər.

Bundan başqa, istintaq müəyyən edib ki, “Röyalbank”ın paytaxtda olan baş ofisində və digər filiallarında da qanunsuz hərəkətlər aşkarlanıb. Belə ki, bankın vəzifəli şəxsləri bir qrup vətəndaşın adına kredit yazsa da, həmin kreditlər vətəndaşlara verilməyib və bankın vəzifəli şəxsləri tərəfindən mənimsənilib. Bununla da bankın vəzifəli şəxsləri 10 milyondan çox pulu mənimsəyərək, cinayət əməli törədiblər. Qeyd edək ki, İran mənşəli ABŞ vətəndaşı Əli Cam əsas səhmdarı olduğu “Royalbank” ləğv

edilib. Mərkəzi Bankın məlumatına görə, bu qərar bankın məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyi üçün verilib.

Mərkəzi Bankın İdarə Heyətinin adı çəkilən qərarı ilə “Royalbank” ASC-yə müvəqqəti inzibatçı təyin edilib. O, bankın baş ofisinin yerləşdiyi ünvanda fəaliyyət göstərir. 1993-cü ildən fəaliyyət göstərən Royal Bank-ın əsas səhmdarı (44,5%) İran mənşəli ABŞ vətəndaşı Əli Camdır.

Onu da qeyd edək ki, İranın çirkli pullarının “Royal Bank”da “yuyulması” barədə də iddialar yayılıb. Bu barədə hətta məşhur “WikiLeaks” saytının yaydığı məxfi materiallarda da bəhs olunurdu.

Əlavə edək ki, Royal Bank-ın əsas səhmdarı olan İran mənşəli ABŞ vətəndaşı Əli Cam istintaq başlanan kimi Azərbaycanı gizlicə tərk edib və istintaqdan yayınmağı bacarıb. Buna görə də Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları Əli Camın barəsində həbsli axtarış elan ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ədalət Müseyibov 8 il, Anar Tağıyev 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə digər təqsirləndirilənlər Xanlar Səfərov, Vüsal İbrahimov, Bayram Vəliyev, Zöhrab Bayramov, Elşən Paşayev, Nizami Qarayev, Rauf Hüseynov, Aytin Bayramov, Zakir Namazov, Fikrət Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib və onlar şərti cəza alıblar.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Qeyd edək ki, bir müddət əvvəl hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edilib. Həmin qərardan təqsirləndirilən şəxslər kasasiya şikayəti verərək apelyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılmasını istəyiblər. Ali Məhkəmədə işə baxan hakimlər onların kasasiya şikayətini təmin etməyiblər. Hakimlər təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul ediblər.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə yenidən məhkəmə iclası start götürüb. Prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı fevralın 13-nə təyin olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 2 milyonluq bank fırıldağı: həbs olunanlar var

    Azərbaycanda 2 milyonluq bank fırıldağı: həbs ...

    22-10-2014, 21:58

  • 
  • Bankın vəzifəli şəxslərinə bəraət verilmədi

    Bankın vəzifəli şəxslərinə bəraət verilmədi ...

    1-05-2015, 11:11

  • 
  • Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edildi

    Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ...

    28-09-2015, 19:23

  • 
  • Beynəlxalq bankın daha bir vəzifəli şəxsi məhkəmə zalında həbs edildi

    Beynəlxalq bankın daha bir vəzifəli şəxsi məhkəmə ...

    21-02-2018, 15:09

  • 
  • Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir

    Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ...

    3-05-2015, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu