Aİ-95 markanı kim bahalaşdırıb? - Deputat açıqladı
“Ola bilər ki, bu benzini gətirilməsində 1 şirkət iştirak edir, o da qiyməti belə qaldırıb”
Bunu parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Aİ-95 markalı Premium benzinin bahalaşmasına münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, qiymət artımının başlıca səbəbi manatın xarici valyuta qarşısında ucuzlaşmasıdır:
“Ai-95 markalı premium benzin Azərbaycana xaricdən idxal olunur. Son vaxtlar Azərbaycanda manatın məzənnəsinin dəyişməsi xaricdən gətirilən benzinin qiymətinə ciddi təsir edib. Ona görə də Aİ-95 markalı benzinin qiyməti qalxıb. Amma qalan benzin növlərinin qiymətində artım yoxdur. Çünki bu benzin növləri Azərbaycanda istehsal olunur.
“Gündəm Xəbər” bildirir ki, V.Əhmədov politika.az-a bildirib ki, Aİ-95 markalı benzinin qiymətini Tarif Şurası təyin etmir: “Ola bilər ki, bu benzini bir neçə şirkət, o cümlədən SOCAR Petroleum şirkəti Azərbaycana gətirir.
Bir müddət əvvəl bazarda benzin çox idi, həmin marka benzin də ucuz satılırdı. İndi də çox olsaydı, yəqin ki, qiymət qalxmazdı. Ola bilər ki, bu benzini gətirilməsində 1 şirkət iştirak edir, o da qiyməti belə qaldırıb. Amma benzinin qalxmasında başlıca səbəb dolların məzənnəsi ilə bağlıdır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?