GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanda benzinin qiyməti ilə kim oynayır?

Azərbaycanda benzinin qiyməti ilə kim oynayır?

Tarix: 5-04-2014, 13:49 Bölmə :Ölkə Baxış: 809
Azərbaycanda benzinin qiyməti ilə kim oynayır?
ARDNŞ Aİ-95 markalı benzini istehsal etmir

Bir neçə gündür ki, benzinin qiymətinin qalxması ilə bağlı məlumatlar medianın gündəmindən düşmür. Qiymət qalxması haqda xəbərləri Tarif Şurası dəfələrlə təkzib etsə də, mətbuat bir-birinin ardınca faktlar təqdim edir. Və müxtəlif yanacaqdoldurma məntəqələrində benzinin qiymətinin qalxması ilə bağlı məlumatlar nəzərə çatdırılır. Qeyd olunur ki, Aİ-92 markalı benzin ləğv olunur. Aİ-95 markalı benzin isə Avro-4 standartlarına uyğun olaraq bundan sonra Premium adı ilə satılacaq.
Çox maraqlıdır ki, Tarif Şurasının benzinin qiymətinin artrması ilə bağlı qərarından cəmi 3 ay keçib. Belə olan halda bu kəskin bahalaşma nə ilə əlaqədardır? Bu qiymət artımı ilə bağlı məsələ niyə birdəfəlik həll olunmur? Bu məlumatlar provakasiyadırmı? Əks halda qiymət artımı ilə bağlı məlumatlar təkzib olunduğu halda benzinin qiymətləri ilə kim oynayır? İnsanların əsəbləri ilə oynayan kimlərdir? Camaatı kim təşvişə salır?
Xatırladaq ki Tarif Şurasının bir neçə gün əvvəl benzinin qiymətinin qalxması ilə bağlı verdiyi açıqlamada bildirilirdi ki, Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan Avro-5 ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri tarifləri (qiymətləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına aid edilməyib. Bununla belə, yüksək avrostandartlara cavab verən avtomobil benzininin daha aşağı qiymətlərlə ölkəyə idxalına şəraitin yaradılması məqsədilə Nazirlər Kabinetinin 7 fevral 2014-cü il tarixli qərarları ilə idxal olunan 95 və 98 oktanlı avtomobil benzinləri üçün gömrük rüsumları 15 faizdən sıfıra, aksiz dərəcələri isə bir ton üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına endirilmib. Bütün bunlar yüksək avro standartlara cavab verən avtomobil benzininin (“Premium Avro-95” və “Super Avro-98”) nisbətən aşağı qiymətlərlə ölkəyə idxalına və sərbəst qiymətlərlə satışına imkan verir. Bu isə ölkədə avtomobil benzininə artan tələbatın tam ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təminatına şərait yaradır.
Qeyd edək ki, bu gün “Qafqazinfo”nun əməkdaşı SOCARın yanacaqdoldurma məntəqələrindən birində olub. İşçilər bildirib ki, Aİ-95 markalı benzin bahalaşmayıb və Tarif Şurasının üç ay bundan əvvəl tənzimlədiyi qiymətlərlə eyni olaraq qalmaqdadır.
Yuxarıda qoyulan suallarla bağlı “Qafqazinfo” iqtisadçı ekspert Vüqar Bayramovun fikirlərini öyrənib. Ekspert qeyd edib ki, Nazirlər Kabineti ölkəyə idxal olunan benzinə müəyyənləşdirilən gömrük vergi rüsumunun azaldılması ilə bağlı qərar qəbul edib:
“ARDNŞ aprelin 1-dən etibarən Aİ-95 markalı benzinin istehsalını davam etdirməyəcəyini bəyan etmişdi. Təbii ki, istehsalın daxildə davam etdirilməməsi artıq Azərbaycanda Aİ-95 markalı benzinin idxal olunması deməkdir. İdxal olunacağı halda da qiymət artımları qaçılmaz idi. Çünki ARDNŞ Aİ-95 markalı benzini istehsal etmir. Bunu da onunla əlaqələndirir ki, Aİ-95 markalı benzinin Avro-4 standartlarına uyğunlaşdırılması üçün daha çox xərc lazımdır. Və bu baxımdan həmin benzinin ölkəyə idxal edilməsinə ARDNŞ üstünlük verir. Bu da sözsüz qiymət artımlarına gətirib çıxarmalı idi.
Ekspert Aİ-95 markalı benzinin qiymətinin artmasının qarşısını almaq barədə də təkliflə çıxış edib. V. Bayramov bildirib ki, Aİ-95 markalı benzinin qiymətində artımların qarşısını almaq üçün yeganə atılacaq addım həmin benzinin istehsalının ölkədə davam etdirilməsidir:
“Əslində həmin benzinin istehsalından imtina edilməsi qiymət artımlarını qaçılmaz edirdi. Çünki benzinin qiyməti neftin dünya bazarlarındakı qiymətinə uyğun olaraq müəyyənləşir. Nəzərə alsaq ki, Azərbaycan həmin nefti Rumıniyadan idxal edir. Rumıniyada isə Avro-5 markalı benzinin istehsalında neftin dünya bazarındakı qiyməti əlverişlidir. Ona görə də Aİ-95 markalı benzinin qiymətindəki bahalaşma idxalla bağlıdır”.
V.Bayramov Aİ-95 Premium markalı benzinin qiymətinin Tarif Şurasının müəyyənləşdirilmədiyini də vurğulayıb:
“Tarif Şurası ölkədə istehsal olunan Aİ-92 markalı benzinin qiymətini müəyyənləşdirir. Aİ-95 və Aİ-98 markalı benzinlər isə istehsal olunmadığı və ölkəyə idxal olunduğu üçün həmin benzinlərin qiyməti bazar tərəfindən müəyyənləşir. Ölkəyə idxal olunan Aİ-95 markalı benzin Avro-4 standartına uyğundur. Aİ-98 markalı benzin isə Avro-5 standartına uyğundur. Ancaq ölkə daxilində istehsal olunan Aİ-92 markalı benzin hələ də Avro-2 standartına uyğun olaraq istehsal olunur. İlin sonunda Aİ-92 markalı benzinin Avro-3, 2015-ci ildə isə Avro-4 standartına uyğunlaşdırmaq nəzərdə tutulub”.
Ekspert Aİ-95 markalı benzinin qiymətinin stabil olmayacağını da qeyd edib. Onun sözlərinə görə, bu proses idxal qiymətindən asılı olaraq dəyişəcək: “Gələcəkdə artıb və azalması da mümkündür. Amma nəzərə alsaq ki, Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar fonunda neftin qiymətində artımların müşahidə ediləcəyi gözlənilir. Son iki gündə dünya bazarında neftin qiyməti artımlarla müşahidə olunur. Hazırda neftin 1 barelin qiyməti 100 dollardan artıqdır. Bu da onu göstərir ki, neftin qiymətində artımlar davam edərsə, bu zaman biz Aİ-95 markalı benzini 93 qəpiyə deyil, daha baha qiymətə almağa məcbur qalacağıq”.
Günel
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda benzinin qiyməti qalxdı

    Azərbaycanda benzinin qiyməti qalxdı ...

    7-08-2014, 01:48

  • 
  • Azərbaycanda benzinin qiyməti ucuzlaşmayacaq

    Azərbaycanda benzinin qiyməti ucuzlaşmayacaq ...

    3-09-2015, 20:34

  • 
  • Azərbaycanda benzinin qiyməti bahalaşıb?

    Azərbaycanda benzinin qiyməti bahalaşıb? ...

    2-04-2014, 11:29

  • 
  • Benzin hansı ölkədə neçəyə satılır?

    Benzin hansı ölkədə neçəyə satılır? ...

    3-12-2013, 12:29

  • 
  • Tarif Şurasından benzinin qiyməti ilə bağlı AÇIQLAMA

    Tarif Şurasından benzinin qiyməti ilə bağlı ...

    30-12-2015, 17:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu