Gürcüstanın yeni rəhbəri korrupsiyaya işarə edərək bəyan etdi ki, yolun tikintisinin qiyməti şişirdilib
İNFRASTRUKTUR. Ötən onillikdə Azərbaycan infrastrukturun inkişafı üçün çox şey edib. Müxtəlif vaxtlarda infrastrukturun inkişafına fərqli aksentlər olub. Bir vaxt elektroenergetika hökumətin diqqət mərkəzində idi. Sonra avtoyol tikintisi, su təchizatında iri layihələr başladı. Belə görünə bilər ki, əsas infrastruktur problemləri həll edilib. İnfrastrukturun vəziyyətinə yaxşı qiymət fonunda Asiya İnkişaf Bankının hazırladığı Meeting Asia’s Infrastructure Needs-in 2016-2030-cı illər üzrə hesabatına diqqət yetirmək lazım gəlir. Orda deyilir ki, Azərbaycanda dəmir yolunun sıxlığı 1 min kv km-də 0,2 kilometrə düşüb. Bank bunu əvvəllər tikilən yolların sıradan çıxması ilə bağlayır. Bu yolların keyfiyyətini o, 6 mümkün baldan 4 balla qiymətləndirib. Adama düşən elektrik enerjisi istehsalı 1,9 kilavata artıb, enerji itkisi isə 15%, 2000-ci illərin əvvəlindəki qədərdir. Bank həmçinin su təminatı şəbəkəsində sıxlığının ildən-ilə şəhərlərdə hər 1 min kv km-ə 0,5 km, regionlarda 1,9 kv km, kanalizasiya şəbəkəsinin isə müvafiq olaraq 1,2 və 3,3 kv km artıdığını etiraf edib. Dərhal mənfəət gətirmək qabiliyyətinə malik infrastruktur sektorları var. Belələrinə, məsələn, mənzil bazarı aiddir. Bu bazarın inkişafını makroiqtisadi və sosial nöqteyi-nəzərdən yenidən qiymətləndirmək çətindir. Bununla bərabər, ev idarələrinin standart istehlak payı ÜDM-in 65-70% -i təşkil edir. Mənzil və onun xidmət xərci dünya üzrə bu rəqəmin 25% təşkil edir. Azərbaycanda artan maliyyə problemləri fonunda artıq bir neçə ildir, bu bazarda durğunluqdur. Əlbəttə, bu bazar ölkəyə çox lazım olan valyutanı gətirmir, ancaq ÜDM-in artımı üçün əsas motorlardan biri olaraq qalır. Hələ 2016-cı ilin aprelində hökumət sosial mənzillərin tikintisini stimullaşdırmaq üçün Mənzil Tikintisi üzrə Dövlət Agentliyi yaradıb. Binaların artıq birinci kompleksi hazırdır və may ayından bu mənzillərin imtiyazlı satışına başlanılacaq. Ancaq ən maraqlısı başqadı: agentlik tərəfdaşlıq üçün özəl tikinti şirkətlərini dəvət edib. Durğunluq şəraitində tikinti şirkətləri üçün bu, gəlir əldə etmək üçün imkandır. Bu, ona görə mümkündür ki, dövlət tikinti üçün hazır torpaq sahələri ayırır və infrastrukturu özü qurur, bu isə tikinti xərclərini əhəmiyyətli dərəcədə azaldır. Əgər bu, baş versə, onda bu infrastruktur layihələrində ilk dövlət-özəl sektor tərəfdaşlığı halı olacaq.
Fevralda eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin kreditləşməsi ilə bağlı fərmanın on ili tamam olur. BTQ bu illərdə çox əngəllərlə üzləşib – siyasi, maliyyə, texnoloji. Hökumət əvvəlcə yolu Qərb kreditlərinin hesabına tikmək istəyirdi. Amma onda Gümrüdən Qarsa mövcud yolun bərpası da aktual idi. Yəni kreditləşmədən imtina sırf siyasi xarakter daşıyırdı. Yolu layihə iştirakçılarının özünün hesabına tikməli oldular. Vaxt oldu ki, Gürcüstanın yeni rəhbəri İvanişvili korrupsiyaya işarə edərək bəyan etdi ki, yolun tikintisinin qiyməti şişirdilib. Türkiyə sahəsində dəfələrlə maliyyə problemi oldu. Sonra məlum oldu ki, Azərbaycan sahəsində yollar yenidən qurulmalıdır və bu məqsədlə DB-dan milyardlıq kredit alındı. BTQ maliyələşməyə başlayandan ARDNF ona 630,2 mln dollar (1 yanvar 2017-ci ilə olan məlumat) ayırıb. Bu vəsait ABB vasitəsilə "Marabda-Kartsaxi dəmir yolu" MMC-yə köçürülüb. 2016-cı ildə ARDNF layihəyə 41,9 mln dollar ayırıb. Dəhlizin pik buraxılış qabiliyyəti ildə 17 mln ton yükdür. İlkin mərhələdə bu göstərici 1 mln sərnişin və 6,5 mln ton yük olacaq. Onun bu ilin II yarısında istismara veriləcəyi gözlənilir. On il, əlbəttə, BTQ kimi layihələr üçün çox böyük müddətdir. Amma, bəlkə, bu, yaxşıdır. Çünki Xəzərdən gələcək tranzit üzrə bir çox problemlər həllini tapmalıdır. Amma layihəyə ümid çoxdur – illik konteyner daşınması həcmi indiki 15 mindən 1 mln-a artacaq (və ya 5 mln konteyner, əgər belə yüksək vəzifə qoyulsa). TRACECA-nın Azərbaycan üzrə katibi Akif Mustafayev bu yaxınlarda bildirib ki, TransXəzər beynəlxalq nəqliyyat marşrutu üzrə (TBNM) Astanada marşrut üzrə tarifi uzlaşdırıb. «TBNM üzrə vahid tarifin həlli aktual olur, bu isə vahid operator təyin edilməsi ilə nəticələnəcək», - deyə Mustafayev bildirib. Onun sözlərinə görə, tranzit uğuru dörd amildən asılıdır. – tariflər, servis (gömrükdən məişət xidmətinə kimi), yolda vaxt və təhlükəsizlik. Və prezidentə istinad edib, bildirib ki, ən qısa quru yoludur, amma hələ tam gücü ilə işləmir. Bakı Beynəlxalq Dəniz Limanında bütün liman strukturu yaradılıb. İndi quruda məişət xidmətinin qıtlığı problemi yaranıb. Bu günlərdə “Sınıq körpü” gömrük məntəqəsində işlər qaydaya salınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?