2017-ci ilin fevral ayında Türkiyə 5,252 mlrd. kubmetr həcmində təbii qaz idxal edib.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, ötən ilin müvafiq ayı ilə müqayisədə Türkiyənin idxal etdiyi qazın həcmi 32,5% artıb. Qeyd edək ki, ötən ilin fevralında Türkiyə 3,964 mlrd. kubmetr qaz idxal edib.
İdxalatın 71,5%-i boru xətlərinin, 28,4%-i isə LNG-nin payına düşüb.
Türkiyəyə ən çox ixrac edən ölkə Rusiyadır. Belə ki, şimal qonşumuz Türkiyəyə 2,5 mln. kubmetr qaz satıb. İkinci yerdə Türkiyəyə 750 mln. kubmetr qaz satan İrandır. Üçüncü yerdə qərarlaşan Əlcəzairdən Türkiyə fevralda 508 mln. kubmetr qaz alıb. Qeyd edilən dövrdə Azərbaycan Türkiyəyə 506 mln. kubmetr qaz ixrac edib ki, bununla da ölkəmiz dördüncü nəticəni göstərib.
Xatırladaq ki, yanvar ayında Azərbaycandan Türkiyəyə 590,35 mln. kubmetr təbii qaz ixrac edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?