GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Azərbaycan qaza görə Türkiyəyə ildə 600 milyon dollar “bağışlayır”

Azərbaycan qaza görə Türkiyəyə ildə 600 milyon dollar “bağışlayır”

Tarix: 8-11-2013, 11:27 Bölmə :İqtisadiyyat Baxış: 978
Azərbaycan qaza görə Türkiyəyə ildə 600 milyon dollar “bağışlayır”
ARDNŞ-in qazı bu ölkəyə neçəyə satdığı açıqlandı - min kubmetri 320 dollara...

Azərbaycan qazının Türkiyəyə hansı qiymətə satıldığına dair kommersiya sirri kimi məxfi saxlanılan məlumat açıqlanıb.

Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, hazırda Azərbaycan Türkiyəyə ən ucuz qaz satan ölkədir. Türkiyənin “Hürriyet” qəzetinin yazdığına görə, dünya bazarlarında neftin qiymətinin artıb-enməsi ilə bağlı Türkiyənin idxal etdiyi enerjidaşıyıcılarına görə bu il milyardlarla dollar artıq vəsait ödəməsi gözlənilir.

Hazırda Türkiyə xaricdən idxal etdiyi neftə və qaza görə 60 milyard dollar ödəyir. İlin sonunda bu rəqəm daha 2 milyard arta bilər.

Beynəlxalq Valyuta Fondunun hesablamalarında deyilir ki, Türkiyə 2017-ci ildə neft-qaz idxalına görə 70 milyard dollar ödəməli olacaq. Ekspertlərin qənaətinə görə, Türkiyənin neftə və qaza olan tələbatını ödəmək üçün hər il bu qədər böyük vəsait xərcləməsində idxal olunan təbii qazın da payı yüksəkdir.

Hazırda Türkiyə qaza olan tələbatını əsasən Rusiya, İran və Azərbaycandan mavi yanacaq idxalı hesabına ödəyir. İran Türkiyəyə qazı ən baha, Azərbaycan isə ən ucuz satan ölkədir. Belə ki, Türkiyə İrandan aldığı qazın min kubmetri üçün 490 dollar, Rusiyadan aldığı qazın min kubmetri üçün 420 dollar, Azərbaycandan aldığı qazın min kubmetri üçün isə 320 dollar ödəyir.

Qeyd edək ki, Türkiyə Azərbaycandan ildə 6 milyard kubmetr qaz alır. Deməli, Azərbaycan Rusiyaya nisbətən Türkiyəyə 100 dollar ucuz satmaqla bu ölkəyə hər il 600 milyon dollar güzəştə gedir. Türkiyənin İrandan aldığı qazın qiyməti ilə müqayisədə isə bu rəqəm daha da yüksəkdir.

“Hürriyet” onu da yazır ki, hazırda enerji çevrələrində Azərbaycanın 2018-ci ildən etibarən TANAP kəməri vasitəsilə Türkiyə üzərindən nəql edəcəyi 10 milyard kubmetr qazın 8 milyard kubmetrinin bu ölkədə qala biləcəyi haqda məlumatlar dolaşır.



Xatırladaq ki, Türkiyə “Şahdəniz-2”-dən Avropaya ixrac olunacaq Azərbaycan qazının əsas hissəsinin onun nəzarətinə verilməsi uğrunda çoxdan mübarizə aparır. Azərbaycana isə bu variant, yəni Türkiyə üçün ucuz qaz mənbəyi kimi qalmaq qətiyyən sərf etmir. Türkiyə planlaşdırır ki, tranzit ölkə mövqeyindən istifadə edərək Azərbaycandan ucuz aldığı qazı daha baha qiymətə Avropaya satsın.

Türkiyənin enerji çevrələrindəki qaynaqlar bildirir ki, hazırda ARDNŞ (SOCAR) bu ölkənin qaz operatoru olan İĞDAŞ-ı almaq üçün danışıqlar aparır. Əgər ARDNŞ bu şirkəti alası olsa, o zaman Avropaya ildə 10 milyard kubmetr qaz nəqli heç məntiqli olmayacaq. Çünki tranzit haqları nəzərə alınmaqla qazı Avropada Türkiyədən daha ucuz satmış olacaq.

Türkiyədə hesab edirlər ki, ARDNŞ-in ixrac qazının hamısını bu ölkə bazarında tükətməsi daha sərfəli olardı. Lakin Türkiyənin enerji çevrələrindəki digər səlahiyyətli şəxs isə Transadriatik Qaz Kəmərinin (TAP) TANAP-ın davamı olduğunu və əsas məqsədin Avropaya qaz ixracı olduğunu qeyd edərək belə ssenarini real hesab etməyib.

Analitiklərin qənaətinə görə, Türkiyə aldığı qazın daha ucuz başa gəlməsinə nail olmaq üçün alternativ mənbələr axtarmalıdır.

Qeyd edək ki, Azərbaycanın Türkiyəyə ən ucuz qaz satan ölkə olduğu əslində çoxdan məlumdur, lakin tərəflər kommersiya sirri olduğunu əsas gətirərək qiyməti rəsmən açıqlamırlar. Azərbaycanın Tükiyəyə ucuz qaz satması iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri baxımından məntiqli görünür. Lakin eyni zamanda Türkiyənin Ermənistanla sərhədlərini bağlı saxlamaqla ildə nə qədər qazandığını da ortaya qoyur. Yəni Türkiyə Ermənistanla sərhədlərini açsaydı, iqtisadi baxımdan Azərbaycanın qaza görə “bağışladığı” məbləğin yarısını da qazana bilməzdi. Amma...



Amma Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu millət vəkilləri ilə görüşündə Ermənistanla sərhədlərin açılmasına dair hazırlıqların və müzakirələrin davam etdiyini təsdiqləyib.

Doğrudur, bu dəfə Türkiyə iqtidarı 2009-cu ildə olduğu kimi prosesi Bakıdan gizlətməyə çalışmır və sərhədləri Azərbaycanı yola gətirmək mümkün olarsa, açmaq niyyətindədir. Lakin hər halda Türkiyə Azərbaycanın maraqlarını nəzərə almadan siyasət aparmağa cəhd etsə, hansı ciddi itkilərlə qarşılaşcağını da nəzərə almalıdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə ilə Azərbaycan arasında 15 milyard dollarlıq mübahisə

    Türkiyə ilə Azərbaycan arasında 15 milyard ...

    14-12-2013, 23:17

  • 
  • ABŞ-ın Türkiyəyə olan borcu açıqlandı - Vaşinqtonun 1 trilyon 244 milyard dollar borcu olduğu ölkə hansıdır?

    ABŞ-ın Türkiyəyə olan borcu açıqlandı - ...

    18-05-2016, 12:24

  • 
  • Azərbaycan Türkiyəyə qaz tədarükünü artırıb

    Azərbaycan Türkiyəyə qaz tədarükünü artırıb ...

    26-03-2016, 13:07

  • 
  • Benzinin litri 65 qəpiyə endi

    Benzinin litri 65 qəpiyə endi ...

    15-10-2014, 16:02

  • 
  • Çin 513 milyard dollar itirdi

    Çin 513 milyard dollar itirdi ...

    11-01-2016, 13:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu