GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Manatın devalvasiyası yenidən gündəmdə

Manatın devalvasiyası yenidən gündəmdə

Tarix: 8-07-2017, 16:16 Bölmə :İqtisadiyyat Baxış: 526
Manatın devalvasiyası yenidən gündəmdə


ABŞ Federal Ehtiyat Sistemi iyulun 6-da Bakı vaxtı ilə saat 22:00-da ötən ay keçirdiyi iclasın yekunlarına dair açıqlama yayacaq. Bu açıqlamanın dünya valyuta bazarına təsir edəcəyi gözlənilir.

Qeyd edək ki, son iclasda FED balansını azaltmağa başlayacağı barədə məlumat yaysa da, prosesin nə zaman işə düşəcəyini bildirməyib. Analitiklər iyulun 6-da axşam bu barədə məlumat veriləcəyini gözləyirlər. Xatırladaq ki, iyunun 13-14-də keçirilən iclasda FED uçot dərəcəsini 1-1,25%-ə yüksəldib. Bununla yanaşı, FED-in iyulun 7-də monetar siyasət barədə planları, iyulun 12-də isə qurumun rəhbəri Canet Yellenin ABŞ Konqresində bu ilin ilk yarısının yekunları ilə bağlı açıqlamaları gözlənilir.
İnvestorlar FED-in balansın azaldılmasına sentyabrda başlayacağını, uçot dərəcəsini isə dekabrda yüksəldəcəyini gözləyirlər. Hazırda fyuçers kontraktları bu ehtimalın yüksək olduğunu göstərir. Həmçinin investorların diqqəti FED-in son aylarda düşməyə başlayan və 2% hədəfindən uzaqlaşan inflyasiya göstəricisi barədə fikirlərinə yönələcək. FED-in açıqlamalarının ABŞ dollarının cari məzənnəsinə ciddi təsir göstərəcəyi istisna edilmir.

Belə olan halda birbaşa olmasa da, dolayısı ilə Azərbaycan manatı üçün də təhlükə yaranır. Qeyd edək ki, iki gün öncə iqtisadçı ekspert Qubad İbadoğlu da açıqlama yayaraq, manatın devalvasiyası ehtimalını istisna etməmişdi. Ekspert bildirmişdi ki, son aylar manatın dollara nəzərən məzənnəsində sabitlik hökm sürsə də, bu, inzibati xarakter daşıyır: “Əslində ötən aylarda dollara tələbat və onun satışı müntəzəm olaraq artır. Manat yenə çətin durumdadır. Dövlət Neft Fondunun (DNF) son açıqlamasına görə, bu ilin iyununda DNF valyuta hərraclarında 373,2 milyon dollar satıb, halbuki aprel ayında bu göstərici 220 milyon, may ayında 250 milyon dollar olub. Göründüyü kimi, ötən ay ondan 2 ay öncə ilə müqayisədə dollara tələbat 41 faiz, 1 ay öncəyə nisbətən isə 33 faiz artıb və valyuta bazarında bir o qədər də çox dollar satılıb. Bu isə o deməkdir ki, valyuta tələbat dinamikası müsbətdir və artım davam edəcək, nəticədə manat yenə də devalvasiyaya uğrayacaq. İqtisadiyyatın sadə tələb və təklif qanunu bu məntiqi sübut etmək üçün yetərlidir”.

Hazırda FED-in gözlənilən açıqlamasının dünya valyuta bazarına təsiri və Azərbaycan manatının gələcəyi ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Vüqar Bayramov ABŞ-da uçot dərəcələrinin artırılması ilə bağlı iki zidd fikrin olduğunu vurğuladı: “FED son dövrlər uçot dərəcələrinin artırılması ilə bağlı daha tez-tez qərarlar qəbul edir. Nəticə etibarilə bu qurum dünya bazarında dolları stabilləşdirmək niyyətindədir. Ancaq hələlik uçot dərəcələrinin artırılıb-artırılmaması ilə bağlı fikir ayrılığı var. Əgər əvvəlki toplantılara FED faizlərin artırılması ilə bağlı yetkin rəylə gedirdisə, hazırda kəskin fikir ayrılığı var. Bu baxımdan, ABŞ Federal Ehtiyat Sisteminin hansı qərarı qəbul edəcəyini də proqnozlaşdırmaq çətindir. Güman olunur ki, il ərzində FED uçot dərəcələrini artırmaqda maraqlı olacaq və çalışacaq ki, artırsın. Ancaq FED-in buna gedib-getməyəcəyini proqnozlaşdırmaq çətindir. Çünki fikir ayrılığı var”.


İqtisadçının sözlərinə görə, FED dolların stabilləşməsində maraqlıdır, bunun əksinə, Ağ Ev dolların ucuzlaşmasında maraqlıdır: “Ağ Ev dolları ucuzlaşdırmaqla ABŞ-ın ixrac imkanlarını artırmağa çalışır. Tramp administrasiyasının yanaşması ondan ibarətdir ki, ucuz dollar Amerika üçün daha geniş ixrac imkanları deməkdir. Ucuz dollar Amerikada idxalın azaldılması baxımından da bir hədəf olaraq görülür. FED-in arqumenti isə ondan ibarətdir ki, əvvəlki dövrlərdə dollar stabil olub. Bu, ABŞ iqtisadiyyatına heç də mənfi təsir göstərməyib. Əksinə, Birləşmiş Ştatlar iqtisadiyyatına müsbət təsir göstərib. O baxımdan, ABŞ-da Ağ Evlə FED arasında fərqli fikirlər var. Dolların stabilləşməsi bütün hallarda gözləniləndir. Çünki son dövrlərdə dollar Avropaya nisbətən dəyər itirib. FED bu kontekstdə dolların stabilləşməsinə çalışacaq”.


V.Bayramov onu da vurğuladı ki, indiki dövrdə Azərbaycan manatına FED-in qərarlarından daha çox Mərkəzi Bankın qərarları təsir edir: “Xüsusən də manat bazası ilə bağlı Mərkəzi Bankın addımları milli valyutanın məzənnəsinə daha çox təsir göstərir. Təbii ki, FED-in qərarlarının da müəyyən təsirləri var. Lakin biz ötən iki qərarın nəticələrini qiymətləndirsək görərik ki, psixoloji təsirlər olsa belə , ciddi iqtisadi təsirlər olmadı. FED-in uçot dərəcələrinin artırılması ilə bağlı qərarından sonra manatın ucuzlaşması qeydə alınmadı. Bu da onunla bağlıdır ki, FED-in qərarı iqtisadi təsirdən daha çox psixoloji təsir göstərir. Manat bazası kiçik olduğundan psixoloji təsirlər belə dollara tələbin artmasına gətirib çıxarmır. Səbəb odur ki, manatın məzənnəsinə Mərkəzi Bankın təsir imkanları genişdir. Digər tərəfdən, neftin qiymətinin azalması və idxalın məhdudlaşması da prosesə birbaşa təsir göstərir. Eyni zamanda 2017-ci ilin sonunadək biz avqustun ikinci yarısında, sentyabrın birinci yarısında və dekabr ayında dollara tələbin artacağını proqnozlaşdırırıq. Birinci dövrdə dollara tələbin artması birbaşa yeni dərs ilinin başlaması ilə bağlı məktəb ləvazimatlarına olan tələbin artması ilə bağlıdır.

Məlum olduğu kimi, məktəb ləvazimatlarına olan tələb idxal hesabına həyata keçirilir. Bu da dollara tələbin atmasına səbəb olur. Hərracda satılan dolların təxminən 90 faizinin idxal üçün istifadə olunduğunu nəzərə alsaq, idxalın artması dollara tələbin artmasına gətirib çıxarır. Dekabr ayında yenidən dollara tələb artır. Çünki bayramlar var və bu səbəbdən idxala tələb artır. Xarici səfərlərin sayı çoxalır. Eyni zamanda dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərinin artması da ilin sonunda dollara tələbin artacağını deməyə əsas verir. Dollara tələbin artmasının manatın məzənnəsinə necə təsir göstərməsi isə birbaşa manat bazasının və Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Mərkəzi Bank artan tələbi ödəməklə mövcud məzənnədəki intervalı qoruyub saxlaya bilər. Və ya artan tələb fonunda Mərkəzi Bank hərraclarda təklifi artırmayacaqsa, o zaman məzənnəyə təsir göstərəcək. Yəni məzənnə birbaşa Mərkəzi Bankın qərarları ilə formalaşır”./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 'Manatın devalvasiyasının FED-ə dəxli yoxdur'

    'Manatın devalvasiyasının FED-ə dəxli yoxdur' ...

    21-02-2017, 18:16

  • 
  • Dollarla bağlı həlledici qərar verildi - Bahalaşma

    Dollarla bağlı həlledici qərar verildi - Bahalaşma ...

    17-12-2015, 00:57

  • 
  • FED: Dollar bahalaşacaq

    FED: Dollar bahalaşacaq ...

    6-07-2017, 12:22

  • 
  • İranda neftayırma zavodunda dəhşətli yanğın — 100 nəfər xəsarət alıb

    İranda neftayırma zavodunda dəhşətli yanğın — 100 ...

    26-06-2017, 17:53

  • 
  • Qızıl bahalaşdı

    Qızıl bahalaşdı ...

    27-04-2015, 21:27


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu