GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Sosial – iqtisadi inkişafda kiçik sahibkarlığın rolu

Sosial – iqtisadi inkişafda kiçik sahibkarlığın rolu

Tarix: 14-08-2017, 12:09 Bölmə :İqtisadiyyat Baxış: 512
Sosial – iqtisadi inkişafda kiçik sahibkarlığın rolu


Bazar iqtisadiyyatının normal fəaliyyəti üçün kiçik sahibkarlığın əhəmiyyəti və rolu böyükdür.

Kiçik müəssisələrin üstünkükləri aşağıdakılardan ibarətdir: kiçik müəssisələr daha cəld və çevikdirlər, onların fəaliyyəti üçün daha az kapital tələb olunur və kapitalın dövriyyəsi daha sürətlə gedir, rəqabət mühitinin formalaşdırılması və qorunub saxlanılmasında mühüm rol oynayırlar və s.
Qeyd etmək lazımdır ki, regionlarda istehsal yönümlü sahibkarlıq subyektlərinin 40.3 faizi ticarətin, 16.3 faizi kənd təsərüffatının, 13.3 faizi sənayenin, 11.1 faizi tikinti, qalan 19 faizi isə daşınmaz əmlak kommersiya fəaliyyəti və digər xidmət sahələrinin payına düşür. Sənaye sahələrində fəaliyyət göstərən kiçik müəssisələrin iqtisadi rayonlar üzrə Naxçıvanda 8.6 faizi, Abşeronda 8 faizi, Gəncə - Qazaxda 8.9 faizi, Quba – Xaçmazda 13.4 faizi, Aranda 6.5 faizi
yerləşir.
Statistika göstərir ki, hazırda dövlət bölməsinə aid olan hüquqi şəxs statuslu təsərrüfat-maliyyə strukturların təqribən 80%-i kiçik və otra müəssisələrin payına
düşür. Onların ÜDM-dakı payı 42.7%-ə çatmışdır. Orta hesabla əhalinin hər 10 min nəfərinə 68 dövlət qeydiyyatından keçmiş kiçik və orta müəssisə düşür. Dünya təcrübəsi göstərir ki, kiçik sahibkarlığın genişləndirilməsi aşağıda sadalanan problemlərin həllinə müsbət təsir göstərir: 1) Əhalinin mallara və xidmətlərə olan tələbatının yüksək səviyyədə qarşılanması üçün azad rəqabət mexanizminin işə düşməsi; 2) Məhsulun, xidmətin və işin çeşidinin və eyfiyyətinin
artırılması; 3) Məhsul və xidmətlərin konkret müştərilərə yönəldilməsi; 4) İqtisadiyyatın strukturunun yenidənqurulmasına təsiri, kiçik sahibkarlıqiqtisadiyyata səfərbərlik, manevr və çeviklik keyfiyyətlərini bəxş edir; 5) əhalinin şəxsi vəsaitinin istehsala cəlb edilməsi; 6) yeni və əlavə iş yerlərinin təşkil
olunması, həmçinin təhlükəsizliyin aşağı salınması;7) şəxsiyyətin istedadının və yaradıcılıq qabiliyyətinin tam üzə çıxarılması, ornamentlərdən geniş istifadə; əhalinin müxtəlif qruplarının fəal işə cəlb olunması; 9) şəxsi sahibkarlığın inkişaf etdirilməsi; 10) elmi-texniki tərəqqinin inkişafının aktivləşdirilməsi; 11) yerli xammal resurslarının və iri şirkətlərin tullantılarının mənimsənilməsi və istifadə edilməsi.
Xırda, bir sahibkara məxsus müəssisəsinin spesifik çətinlikləri də var. Məsələn: müəssisəni quran şəxsin bilik və bacarığı, təcrübə və qabiliyyəti aşağı səviyyədə ola bilər. O, başqalarının (mütəxəssis, idarəedici) bilik və bacarıqlarından gərəkli istifadəetmədikdə iflasa uğrayar və ya zərərlə üzləşər. Belə müəssisələrdə işləyənlər
ümumi qazancdan əlavə pay almaq imkanından da məhrum qalırlar. Odur ki, onların imkanları məhdud olduğundan fəaliyyət dairələrini təkmilləşdirməkdə, genişləndirməkdə və daha məhsuldar çalışmaqda maraqlı olmurlar. Tək şəxsin müəssisəsi, bir şəxsin sərmayəsi ilə yaradıldığından onun həcmi də məhduddur.
Kredit almaq imkanı aşağı olur, ala bilsə də, yüksək faizlə alır və aldığını qaytarmaq məcburiyyəti müəssisənin qazancına ciddi təsir göstərir. Belə müəssisələr
uzunömürlü olmurlar. Çünki bütün ixtiyar sahibinin bir şəxs olması üzündən onun dünyasını dəyişməsi və ya müəyyən səbəblər üzündən işini davam etdirə bilməməsi, bu cür müəssisələrin fəaliyyətinə son qoyur. İstər işçilər, istər mal göndərənlər və istərsə də mal alanlarla əlaqədə məsuliyyəti bir şəxs daşıyır. Bütün baş verə biləcək müqavilə, cavabdehlik və iddialara bir nəfər bütün varidatı ilə cavab verməli olur. Qazancın bir nəfərdə toplanması gəlir vergisinin də yüksək olmasına gətirib çıxarır. Kiçik müəssisələr təkcə istehsal sferasında deyil, həm də müəssisələr üçün əlverişli olmayan məhsul buraxılışında da səmərəlidir. Bundan əlavə kiçik müəssisələrin səmərəliliyi son məhsulun istehsalı üçün zəruri olan yarımfabrikatların və. s. buraxılışında da özünü doğruldur. Bütün bunlar isə cəmiyyətin iqtisadi həyatında kiçik müəssisələrin rolu və yerinin müəyyən edilməsinə kompleks yanaşmanın zəruriliyini əsaslandırmağa imkan verir. Xırda və kiçik hissisələrin fəaliyyətinə əsaslanan kiçik sahibkarlığın çox böyük ehtiyat mənbələri mövcuddur. Məsələn, ABŞ-da kiçik tipli firmalar ümumi daxili məhsulun40 faizini, xüsusi sektorlarda isə ümumi daxili məhsulun yarıya qədərini təşkil edir. Kiçik firmalar emal sənayesinin 21, tikintinin 80,topdansatış ticarətinin 86, xidmət sferasının 81 faizində fəaliyyət göstərir. Bu müəssisələrdə xüsusi sektorda çalışan işçilərin, demək olar ki, yarısı məşğuldur. Bu müəssisələrdə elmi-texniki tərəqqinin inkişafı daha yüksək səviyyədə təmin olunur. Ona görə də onlar iri müəssisələrlə müqayisədə orta hesabla bir Amerika dolları məsrəfinə 17 dəfə çox yeni avadanlıq
tətbiq edirlər. Kiçik müəssisələrin yüksək səmərəliliyinin başlıca amili, onların məhsul istehsalı sahəsi və əmək vasitələrindən istifadə üzrə dar ixtisaslaşmasıdır. Ona görə də, belə müəssisələr bir qayda olaraq məhdud sayda məhsul istehsal edir və eyni zamanda, dar ixtisaslaşmış avadanlıqlardan istifadə etməsi və yüksək məhsuldarlığı ilə fərqlənirlər ki, bu da qısa müddətdə istehsal texnologiyalarının dəyişməyə, bütövlükdə isə həm məhsul istehsalı prosesini, həm də əsas fondların təkrar istehsalı prosesini intensivləşdirməyə imkan verir.Bazar iqtisadiyyatı inkişafı yolunu tutmuş bütün ölkələrdə kiçik sahibkarlığın inkişaf etdirilməsi həmin dövlətlərdə sahibkarlığın inkişafı istiqamətində aparılan siyasətlərin uğurla nəticələnməsinə gətirib çıxarar. O cümlədən də Azərbaycanda kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi ölkəmizin iqtisadi artımında qeyri-neft sektorunun payının artırılmasına
xidmət etmiş olar. Hazırda ən əsas məsələ cəmiyyətdə bu dərəcə əhəmiyyəti olan sahibkarlıq sferasını daha da inkişaf etdirməkdir. Xüsusilə burada ən vacib məsələ yerli sahibkarlığın müasir zamanın tələblərinə uyğun bir şəkildə dirçəldilməsidir. Bunun üçün də əsas məsələ həmin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərin maddi–texniki bazasının yüksəldilməsidir. Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin həyata keçirdiyi “Əhalinin məşğulluğunun artırılması məqsədilə kiçik sahibkarlığın təşviq edilməsi” layihəsi çərçivəsində hazırlanıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ümumi daxili məhsulun- Statistikası

    Ümumi daxili məhsulun- Statistikası ...

    14-11-2013, 12:28

  • 
  • Rusiya əhalisinin 52 faizi mövcud hökuməti dəstəkləmir

    Rusiya əhalisinin 52 faizi mövcud hökuməti ...

    18-12-2012, 13:33

  • 
  • Əməkhaqqımız nə qədər olub?

    Əməkhaqqımız nə qədər olub? ...

    9-12-2013, 15:22

  • 
  • Yüksək əmək haqqını kimlər alıb?

    Yüksək əmək haqqını kimlər alıb? ...

    11-11-2013, 13:58

  • 
  • Rəsmi açıqlama: “iran qadınlarının 10 faizi narkomandır”

    Rəsmi açıqlama: “iran qadınlarının 10 faizi ...

    1-09-2014, 15:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu