gundemxeber.az Rusiyada fəaliyyət göstərən “Leveda” araşdırma mərkəzi əhali arasında yeni sorğu keçirib. Ölkənin 46 ayrı bölgəsində 23-26 noyabr tarixində keçirilən sorğu zamanı məlum olub ki, hökumət korrupsiya ilə mübarizə və sosial təminat sahələrində uğur əldə edə bilməyib. Rusiya əhalisi yalnız yeni məşğulluq idarələrinin açılması mövzusunda hökumətdən razıdır.
Qeyd edək ki, rusların cəmi 5 faizi Şimal Qafqazda sabitliyin təmin edilməsində hökumətin fəaliyyətindən məmundur. İqtisadi inkişaf proqramında hökumətin fəaliyyətindən narazı olan əhali isə 21 faiz təşkil edir. Rusiyada cinayətkarlıqla mübarizədə yerli hökumətin apardığı islahatlardan nararazı olanlar isə 15 faizdir.
Məlumat üçün bildirək ki, Rusiya əhalisinin 52 faizi mövcud hökuməti dəstəkləmədiyini açıqlayıb.
Sorğu
Yeni dizaynımız necədir?