GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Bank sektorunu böhrandan çıxarmaq üçün yol xəritəsi hazırlanır

Bank sektorunu böhrandan çıxarmaq üçün yol xəritəsi hazırlanır

Tarix: 26-10-2017, 11:00 Bölmə :İqtisadiyyat Baxış: 362
Bank sektorunu böhrandan çıxarmaq üçün yol xəritəsi hazırlanır


Ekspert: “İlk növbədə problemli kreditlərin bağlanması nəzərdə tutulmalıdır”

Azərbaycanda bank sektoru üzrə yol xəritəsi hazırlanacaq. Bu barədə hökumətin Milli Məclisə təqdim etdiyi “2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”ndə qeyd olunub.

Sənəddə qeyd olunub ki, bank sisteminin kapitallaşması və likvidliyin təmin edilməsi, kapital dayanıqlığı bərpa olunmayan bankların restrukturizasiyası, likvidliyin verilməsi alətlərinin genişləndirilməsi, bank sektoru üzrə yol xəritəsinin hazırlanması, sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi prioritet istiqamət kimi müəyyən edilib.

Qeyd edək ki, hazırda ölkənin bank sistemi 2 ildən bəri davam edən böhrandan qurtula bilməyib. Maliyyə Bazarlarına Nəzarət Palatası və hökumətin bankların sağlamlaşdırılması istiqamətində atdığı addımlar müəyyən müsbət effekt versə də, bütövlükdə sektorun böhrandan çıxması mümkün olmayıb. Bir tərəfdən, banklarda likvid vəsaitlərin artdığı deyilir. Belə ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin dediyinə görə, iki devalvasiyadan sonra dövlətin qəbul etdiyi qərarlar nəticəsində nağdsız hesablaşmalar birmənalı şəkildə artıb: “5,2 milyard manat nağd likvid vəsait və 1 milyard manata yaxın qiymətli kağızlar üzərinə yerləşdirən vəsaitləri nəzərə alsaq, bank sektorunda qısa və uzunmüddətli olmaqla ümumilikdə 6 milyard manatdan çox likvid vəsait yaranıb”.

Digər tərəfdən isə maliyyə-kredit təşkilatları ciddi müştəri problemi ilə üzləşiblər. Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədri Süleyman Kələşovun verdiyi məlumata görə, 2015-ci ildə mikromaliyyə təşkilatlarının 600 min istifadəçisi olub. 2016-cı ildə mikromaliyyə təşkilatlarından borcalanların sayı 298 minə qədər, 2017-ci ildə isə 118 minə qədər azalıb. Mikromaliyyə təşkilatlarının kredit portfeli 2015-ci ildə 348 milyon dollar olub. 2017-ci ildə bu rəqəm əhəmiyyətli dərəcədə azalaraq 80,1 milyon dollara düşüb.

Bu şəraitdə kreditləşmə kəskin şəkildə azalıb. Belə ki, əgər bu ilin yanvar ayında ölkə üzrə ümumi kredit portfeli 16 milyard 705 milyon manat idisə, bu rəqəm sentyabrda 12 milyard 376 milyon manata qədər azalıb. Yalnız bu ilin 8 ayında Mərkəzi Bankın rəsmi statistikasına əsasən ümumi kredit portfeli 4 milyard 329 milyon manat azalıb. Eyni zamanda problemli kreditlərin sayı və həcmi artıb. Əgər ötən ilin dekabr ayında problemli kreditlərin həcmi 1 milyard 472 milyon manat idisə, bu rəqəm sentyabrın əvvəlində 1 milyard 824 milyon manata çatıb. Bu, 8 ay ərzində problemli kreditlərin həcminin 352 milyon manat artması deməkdir.

Bank sektorunu bu mürəkkəb vəziyyətdən çıxarmaq üçün yol xəritəsində hansı tədbirlərin əksini tapması daha məqsədəuyğun olardı? Suala cavab verən iqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, əslində banklarda likvid vəsaitlər elə də yüksək deyil: “Rəqəm yüksək deyilir, amma reallıqda likvid vəsaitlərin həcmi azdır. Əvvəla, ona görə ki, bankların əmanət qəbul etmək imkanları çox məhduddur. İkincisi, xarici maliyyə institutlarından əvvəlki kimi rahatlıqla kredit ala bilmirlər. Xarici maliyyə-kredit təşkilatları bizim banklar üçün kredit faizlərini qaldırıblar. Neft gəlirləri çox olanda buradan kim getsə, rahatlıqla kredit ala bilirdi. Amma indi, baxmayaraq ki, xarici valyuta ehtiyatlarımız var, xarici maliyyə qurumları əvvəlki kimi səxavətlilik nümayiş etdirmirlər - şərtləri ağırlaşdırıblar, faizləri qaldırıblar. Üçüncü bir səbəb bankların vəsait cəlb etdiyi Mərkəzi Bankın uçot dərəcəsini 15 faizə qaldırmasıdır. Bu faizlə vəsaiti cəlb edən bank onu neçə faizlə vətəndaşa, sahibkara versin? Yəni likvid vəsaitlər çox olsa belə, onu yerləşdirmək imkanı yoxdursa heç bir əhəmiyyəti qalmır. Sonra da deyirlər, kredit faizləri niyə yüksəkdir”.

Ekspertin sözlərinə görə, hazırda ölkədə kreditə tələbat minimum səviyyədədir: “2012-ci ilədək bankların kredit resurslarını yönəltdiyi əsas istiqamət istehlak kreditləri idi. Həmin ildən bunu məhdudlaşdırdılar. 2014-cü ildən isə neftin qiymətinin düşməsi ilə əlaqədar olaraq bankların digər vəsaitləri də məhdudlaşdı. Bununla da bank sistemində əsası çoxdan qoyulmuş olan dərin yara üzə çıxdı. Birinci bu, özünü Beynəlxalq Bankda büruzə verdi. Ümumiyyətlə, istehlak kreditləşməsi üzərində qurulmuş kredit siyasətinin keyfiyyətli saymaq qeyri-mümkündür. Hazırda isə heç istehlak kreditləşməsi də yoxdur”.

Vaxtı keçmiş kreditlər banklar üçün Domokl qılıncına çevrilib

P.Heydərov deyir ki, iqtisadiyyatın kreditləşməsində müsbət dönüş yaratmaq üçün 6 milyard manat likvid vəsait çox cüzi bir məbləğdir: “Bu, orta və uzunmüddətli dövr üçün çox aşağı bir məbləğdir. Banklarla bağlı hər hansı sənəd hazırlanarkən ilk növbədə vaxtı keçmiş kreditlər probleminin həlli nəzərə alınmalıdır. Bu kreditlərin həcmi 2 milyard manata yaxınlaşır. Bu kreditlərin tam bağlanması təmin olunmalıdır. Bunu da yalnız borcluların üzərinə qoymaq olmaz. Burada 3 tərəf birgə iştirak etməlidir: hökumət, Mərkəzi Bank və borclular. Borc bağlandıqdan sonra banklara maliyyə dəstəyi verilməlidir: baxmayaraq ki, inflyasiya təzyiqini artıracaq, Mərkəzi Bank uçot dərəcəsini aşağı salmalıdır. Düzdür, Mərkəzi Bankın uçot dərəcəsinin bankların tətbiq etdiyi kredit fazilərinə hər hansı təsiri yoxdur: dərəcə 7-8 olanda da kredit faizləri 25-27 idi, 15 olanda da eynidir. Amma real iqtisadi şəraitdə belə olmamalıdır. Baxın, necə olur ki, Amerika Ehtiyat Sistemi uçot dərəcəsini 0,25 faiz dəyişiklik edir və bu, dərhal dolların kursunda əksini tapır. Əlaqə belə olmalıdır. Bizdə isə banklarla Mərkəzi Bank arasında əlaqə yoxdur”.

Müsahibimizin sözlərinə görə, banklara maliyyə dəstəyi Neft Fondu vəsaitləri hesabına verilməlidir: “Gələn il üçün fond vəsaitlərindən büdcəyə transferti 6 milyard manatdan 9,2 milyard manata qaldırıblar. Bu vəsaiti büdcə vasitəsilə pensiya və maaşların ödənilməsinə yönəltməklə iqtisadi aktivliyi artırmaq mümkün olmayacaq. Həmin vəsaitin cüzi bir hissəsini banklara vermək, sahibkarlıq mühitini yaxşılaşdırıb iqtisadi aktivliyi bərpa etmək lazımdır. Yəni əhalinin pulu - əmanəti ilə bank bank olmayacaq”.

Ekspert onu da qeyd edir ki, iqtisadi aktivliyi artırmaq üçün sahibkarlıq mühitinin yaxşılaşdırılması, maliyyə dəstəyi ilə yanaşı digər stimullaşdırıcı tədbirlərə də ehtiyac var: “Sahibkarlara vergi güzəştləri olmalıdır. İndi Dövlət Gömrük Komitəsi hökumətə təklif edir ki, idxal rüsumları qaldırılsın. Bunu təklif edənlər daxildə qiymətlərə təsirini hesablayıblarmı?”|musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Problemli kreditlərlə bağlı daha bir XƏBƏR

    Problemli kreditlərlə bağlı daha bir XƏBƏR ...

    15-12-2016, 11:43

  • 
  • Məhkəmə mübahisələri aparan bankların reytinq cədvəli açıqlanıb

    Məhkəmə mübahisələri aparan bankların reytinq ...

    3-06-2013, 14:53

  • 
  • Problemli kreditlərin tənzimlənməsi üzrə xüsusi proqram hazırlanıb

    Problemli kreditlərin tənzimlənməsi üzrə xüsusi ...

    10-05-2016, 13:00

  • 
  • Azərbaycanda 11 bank ləğv olunma prosesindədir

    Azərbaycanda 11 bank ləğv olunma prosesindədir ...

    5-02-2016, 22:50

  • 
  • Adı ən çox korrupsiyada hallanan bankların SİYAHISI

    Adı ən çox korrupsiyada hallanan bankların ...

    23-11-2015, 19:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu