Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbyacan Avropa İttifaqı (Aİ) ölkələri ilə 5 030 814,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib.
gundemxeber.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsində illik müqayisədə 27,4% azalma qeydə alınıb. Bu müddətdə ixrac əməliyyatlarının həcmi illik 28,92% azalaraq 3 727 356,3 min dollar, idxal isə 22,62% azalaraq 1 303 458 min dollar təşkil edib. Nəticədə, Aİ ölkələri ilə xarici ticarət dövriyyəsinin müsbət saldosu 31,9% azalaraq 2 423 898,2 min dollara enib. Beləliklə, ölkə üzrə cəmi ixracın 45,77%-ni, idxalın isə 21,1%-ni məhz Avropa İttifaqı ölkələri ilə aparılan əməliyyatlar əhatə edib. Qeyd edək ki, bu ilin ilk 9 ayının nəticələrinə əsasən, İtaliya Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olaraq qalıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?