2013-cü ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 369,82 milyon dəyərində 41,16 min minik avtomobili ixrac olunub. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında bildirilir.
8 MİN ÇOX AVTOMOBİL GƏTİRİLİB
Hesabatda göstərilir ki, qeyd edilən dövrdə bu sahənin xüsusi çəkisi Gürcüstandan Azərbaycana ümumi ixracın həcminin 57,15 faizini təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 16,48 faiz, say nisbətində isə 7,89 min ədəd artıb. Müqayisə üçün, 2012-ci ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 317,5 milyon dollar həcmində 33,27 min avtomobil ixrac edilib.
YÜK AVTOMOBİLLƏRİNİN SAYI ARTIB, MƏBLƏĞİ AZALIB
2013-cü ilin 11 ayı ərzində Gürcüstandan Azərbaycana 23,11 milyon dəyərində 3,59 min yük avtomobili idxal edilib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 13,22 faiz aşağıdır (say nisbətində isə 20,1 faiz yuxarıdır). Müqayisə üçün, 2012-ci ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 26,63 milyon dəyərində 2,85 min yük maşını idxal edilib.
Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac edilmiş malların ümumi dəyəri 647,06 milyon dollar və ya qeyd edilən dövrdə ölkənin ümumi ixracının həcminin 24,7 faizini təşkil edib.
2012-ci ilin müvafiq dövrünə nisbətən Azərbaycana ixracat 11,8 faiz artıb. Müqayisə üçün ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 578,18 milyon dollar dəyərində Gürcüstan malı ixrac edilib. Avtomobillər Gürcüstana xaricdən gətirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?